4 FEVRAL
![]() |
1994-cü il. Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş - “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb. |
![]() |
1921-ci il. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günü. Bakıda anadan olan L.Zadə 1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb.1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur. |
![]() |
1954-cü il. Kür çayı üzərində tikilən Mingəçevir Su Elektrik Stansiyası (SES) istifadəyə verilib. İnşasına 1945-ci ildə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. |
![]() |
1930-cu il. Görkəmli xanəndə, muğam ustası, Xalq Artisti Əlibaba Məmmədov anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səsyazıları AzTV-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən çox mahnı və təsniflər yazıb. |
![]() |
1974-cü il. Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilov vəfat edib (1911-1974). O, 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. SSRİ-də ilk “Funksional analiz” dərsliyini yazıb. Z.Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib. |
![]() |
1945-ci il. Stalin, Ruzvelt və Çörçillin iştirakı ilə Yalta konfransı işə başlayıb. Konfrans İkinci Dünya müharibəsindən sonrakı dünya nizamının bərqərar edilməsinə həsr olunub. |
![]() |
2004-cü il. Facebook sosial şəbəkəsi meydana gəlib. Facebookda 1 milyarddan çox insan qeydiyyatdan keçib. Bütün istifadəçilərin orta hesabla 50 faizi sayta hər gün daxil olur, 35 milyondan çox istifadəçi isə statusunu yeniləyir. Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir. Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]






