Azərbaycan Dövlət İnformasiya Agentliyi

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı

Sıra №-si
Tədbirin adı
İcraçılar
İcra müddəti
1
2
3
4
 
1. Makroiqtisadi siyasət və sahibkarlığın inkişafı
 
1.1.
Regional səviyyədə kreditləşmə institutlarının, o cümlədən ixtisaslaşmış kredit təşkilatlarının yaradılması və inkişaf etdirilməsi sahəsində lazımi tədbirlərin həyata keçirilməsi
Milli Bank, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi
2007-2010
1.2.
Lizinq, françayzinq kimi sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üzrə lazımi tədbirlərin həyata keçirilməsi
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi 
2007-2010
1.3.
Yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələrə dair girov sisteminin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə
2007
1.4.
Elm tutumlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və innovasiyalarının öyrənilməsi və bu sahədə məlumat bazasının yaradılması 
İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Milli Elmlər Akademiyası digər aidiyyəti dövlət orqanları ilə birlikdə
2007-2010
1.5.
Sığorta sisteminin inkişaf etdirilməsi, sığorta işini beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırmaqla sığorta şirkətlərinin fəaliyyətinin təkmilləşdirilməsi, sığorta bazarında investisiya fəaliyyətinin səmərəliliyinin artırılması üçün lazımi tədbirlərin görülməsi
Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti digər sığorta şirkətlərini cəlb etməklə
2007-2008
1.6.
Ümumdünya Ticarət Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, ölkədə istehsal olunan məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması 
Nazirlər Kabineti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi
2007-2008
1.7.
Beynəlxalq standartlara əsaslanaraq, yerli məhsulların keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, İqtisadi İnkişaf Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə
 
2007-2010
1.8.
Yerli məhsulların ixracı imkanları haqqında müvafiq təhlillərin aparılması və bunun əsasında ölkədə istehsal olunan və dünya bazarında rəqabət qabiliyyətli məhsulların ixracının təşviq edilməsi
İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
 
2007-2010
1.9.
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün ölkə iqtisadiyyatına və xüsusilə əmək bazarı və məşğulluğa təsirinin araşdırılması
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi
2007
1.10.
Regionlar səviyyəsində sahibkarlar üçün ixracata kömək məqsədi ilə təşkilati, məlumat-məsləhət və digər istiqamətləri əhatə edən strukturların yaradılması ilə bağlı tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti işəgötürənləri cəlb etməklə
 
 
2007-2010
1.11.
Ölkəyə müasir texnika, avadanlıq, texnologiyalar və s. gətirilməsinin stimullaşdırılması üçün gömrük və vergi sahəsində imtiyazların tətbiqi üzrə təkliflərin hazırlanması
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi
 
2007
1.12.
Virtual rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsi və bu istiqamətdə yeni iş yerlərinin yaradılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi
 
2007-2010
1.13.
Regionlarda kənd təsərrüfatı mallarının istehsalı və satışı sahəsində kooperasiyanın inkişafı istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları
 
2007-2010
1.14.
Respublika ərazisində, xüsusilə də kənd regionlarında turizm infrastrukturunun inkişafı sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə, yerli icra hakimiyyəti orqanları
 
2007-2010
1.15.
Yerli və xarici investorlar üçün cəlbedici olmayan regionlarda yeni iş yerlərinin açılması məqsədi ilə investisiya qoyuluşuna həvəsləndirilməsinə dair imtiyazlar sisteminin yaradılması
Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi  
 
2007-2008
1.16.
Kənd regionlarında aqroservis xidmətinin inkişaf etdirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2007-2010
1.17.
 
 
Kənd əhalisinin mövcud torpaq sahələrindən səmərəli istifadə etməsi məqsədi ilə meliorasiya-irriqasiya sistemini təkmilləşdirmək və inkişaf etdirmək sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları
 
2007-2010
1.18.
Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədi ilə respublikada toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsi və ailə kəndli təsərrüfatlarının dövlət tərəfindən toxumlarla təminatının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları
 
2007-2008
1.19.
 
Xüsusi iqtisadi zonalarda işçi qüvvəsindən istifadə qaydaları haqqında təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
 
2007

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin