5. İşçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabətli kadr potensialının yaradılması
5.1. | İqtisadiyyatın inkişafındakı struktur dəyişikliklərini və əmək bazarının tələblərini nəzərə alaraq, rəqabət qabiliyyətli ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi | Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007 |
5.2. | İqtisadi inkişafın tələbləri əsasında təhsil siyasətinin məşğulluğun strukturu ilə əlaqələndirilməsinə dair monitorinqin keçirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | Mütəmadi |
5.3. | Əmək bazarında kadr tələbatına dair proqnozun müəyyənləşdirilməsi üzrə metodologiyanın hazırlanması | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007 |
5.4. | Əmək bazarının vəziyyətinin təhlili və proqnozlaşdırılması əsasında ali, orta və peşə ixtisas tədris müəssisələrinə tələbə qəbulunun əmək bazarının real və perspektiv tələblərə uyğunlaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi | Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007-2010 |
5.5. | İşçi qüvvəsinin keyfiyyətinin qiymətləndirilməsi üzrə metodik tövsiyələrin hazırlanması | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi digər aidiyyəti orqanlar ilə birlikdə | 2007 |
5.6. | Beynəlxalq təcrübəyə əsaslanaraq, peşə ixtisasları üzrə standartların hazırlanması və bu sahədə müvafiq sertifikasiya işinin həyata keçirilməsi üçün təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi | Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007-2008 |
5.7. | Peşə ixtisas təhsili üzrə modul və multimediya texnologiyalarının, distansion tədris və digər müasir təhsil formalarının tətbiqinin genişləndirilməsi və bu sahədə kadr hazırlığının təmin edilməsi | Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | 2007-2010 |
5.8. | İxtisara düşmək təhlükəsi ilə üzləşə biləcək işçilərin, işaxtaran və işsiz vətəndaşların əmək bazarının mövcud tələbatına uyğun olan peşələrə yiyələnməsi üçün müvafiq təlim kurslarının təşkil edilməsi | Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Mütəmadi |
5.9. | Dövlət qulluqçularının yenidən hazırlığı və ixtisaslarının artırılması işinin təşkil edilməsi | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | Mütəmadi |
5.10. | İşçi heyətinin istehsalatdaxili tədrisi də daxil olmaqla, fasiləsiz təhsil sisteminin inkişaf etdirilməsi ilə bağlı təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi | Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | 2007-2010 |
5.11. | Kadrların peşə hazırlığının, yenidən hazırlığının və ixtisasının artırılması istiqamətində yüksək nəticələri olan ölkələrlə təcrübə mübadiləsinin aparılması | Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007-2010 |
5.12. | Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma ilə məşğul olan müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi | Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu | 2007-2009 |
5.13. | Məktəblərdə peşəyönümü sisteminin tətbiqi, özünüməşğulluq və sahibkarlıq fəaliyyətinə dair tədris kurslarının təşkili | Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007-2010 |
5.14. | Məşğulluq xidməti orqanları, işəgötürənlər və peşə təhsili müəssisələri arasında kadr hazırlığına dair məsələlərdə əlaqələrin gücləndirilməsi | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi | 2007-2010 |
5.15. | Bazar iqtisadiyyatına uyğun müxtəlif təhsil formalarının (təhsil kreditləşdirmə, təhsil qrantları və digər) tətbiqinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi | Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2007-2010 |