Azərbaycan Dövlət İnformasiya Agentliyi

6. Layiqli əməyin təmin edilməsinə dair tədbirlər

6.1.
İqtisadiyyatın inkişafından asılı olaraq minimum əmək haqqının mərhələlərlə minimum yaşayış standartlarına çatdırılması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi
 
2007-2010
6.2.
Büdcədən maliyyələşdirilən təşkilatlarda çalışan işçilərin əmək haqlarının səviyyəsinin artırılması nəzərə alınmaqla, əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə
 
2007
6.3.
Qeyri-büdcə sahələrində əməyin ödənilməsi sistemlərinin və əmək haqqının məbləğinin müəyyən edilməsi, məşğulluğun təmin olunması, işçilərin peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması məsələlərinin kollektiv sazişlərdə (müqavilələrdə) tənzimlənməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənləri və həmkarlar ittifaqını cəlb etməklə
 
2007-2010
6.4.
Zərərli əmək şəraitində çalışan işçilər üçün kompensasiya sisteminin təkmilləşdirilməsi, iqlim və sahə xüsusiyyətləri və əmək şəraiti ilə əlaqədar əvəzödəmək məqsədi ilə əmək haqqı sisteminin təkmilləşdirilməsi
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
 
2007-2008
6.5.
Əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2007-2010

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin