CƏMİYYƏT
700 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb
Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən dövrdə 703,7 min pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Onlardan 106,7 mini pensiya, 597 mini müavinət və təqaüd təyinatları olub.
Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.