Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, bu barədə Kabar agentliyinə müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.
Onun sözlərinə görə, Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri çərçivəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun rəhbərliyi ilə danışıqlar aparılıb. Danışıqlar çərçivəsində tərəflər Azərbaycandan neft məhsullarının Qırğızıstana tədarükü imkanlarını müzakirə ediblər.
Qırğız nazir qeyd edib: “Azərbaycan neft məhsullarının ən böyük ixracatçılarından biridir. Tezliklə Qırğızıstanda "Cunda" neft emalı zavodu da fəaliyyətə başlayacaq və onun tələbatı ildə 1 milyon tondan çox olacaq. Bununla bağlı SOCAR rəhbərliyi ilə Qırğızıstana neft tədarükü məsələləri müzakirə olunub. Öz növbəsində, onlar da əməkdaşlığa hazırdırlar. Hazırda logistika məsələsi üzərində işləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]