Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək
Vatikan, 27 aprel, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilk dəfə olaraq “Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının İtaliyada keçiriləcək sammitində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni Roma Papasının G7 Sammitinin süni intellektlə bağlı sessiyasında iştirak edəcəyini bildirib.
Baş nazir İtaliyanın dəvətini qəbul etdiyi üçün katoliklərin ruhani liderinə təşəkkürünü bildirib, pontifikin sessiyada iştirakının süni intellekt üçün tənzimləyici, etik və mədəni çərçivənin müəyyənləşdirilməsinə həlledici töhfə verəcəyini vurğulayıb.
İtaliya G7-yə sədrlik edir və iyunun 13-15-də Puglia bölgəsindəki Borqo Eqnaziyada “Böyük Yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]