MƏDƏNİYYƏT


Səmra Rəhimli “Eurovision-2016” yarışmasında dördüncü nömrə altında çıxış edəcək

Stokholm, 14 may, AZƏRTAC

Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli bu axşam səhnəyə dördüncü nömrə altında çıxacaq.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Səmra Rəhimli “Miracle” mahnısını təqdim edəcək. Səhnə tərtibatının müəllifi Royn Söderluntdur. O, “Eurovision-2009” yarışmasında da Azərbaycan təmsilçisinin ifa etdiyi mahnının səhnə tərtibatınI hazırlayıb. Səmra Rəhimlinin ifası 4 bek vokalçı rəqqasın çıxışı ilə müşayiət olunacaq. Builki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” süjeti üzərində qurulub. Təmsilçimizə yardımçı olan arxadakı ifaçılar Cesika Marberqen, Vera Prada “Eurovision-2011” yarışmasında Eldar Qasımov və Nigar Camalla eyni səhnəni bölüşüblər.

Səmra Rəhimlinin təqdim edəcəyi mahnıda sevgi münasibətində baş verən dəyişiklik səhnə performansında təcəssüm olunur. Musiqinin sözləri nağıla xatırlatsa da, sonda dramatik ayrılıq müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.