Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Beynəlxalq Müəllimlər Günü bölgələrdə təntənəli mərasimlərlə qeyd olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü bölgələrdə təntənəli mərasimlərlə qeyd olunub.

Göyçay

AZƏRTAC xəbər verir ki, Göyçayda müəllimlər əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər çiçək dəstələri düzüblər.

“Şah” şadlıq sarayında təşkil edilən mərasimdə rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədov bildirib ki, hazırda rayonun 40 tam orta, 13 ümumi orta və 4 ibtidai məktəbində 15 min 378 şagirdin təlim-tərbiyəsi ilə 2055 müəllim məşğul olur. Fənn kurikulumlarının tətbiqinə başlanandan indiyədək 2 mindən çox müəllim treninqlərdə iştirak edərək müvafiq sertifikat alıb.

Rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış ediblər. Məlumat verilib ki, cari ildə Göyçayın orta ümumtəhsil məktəblərini bitirən 1055 şagirdə attestat verilib. Uğurlar daha çox ali məktəblərə qəbul imtahanlarında özünü göstərib. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 627 abituriyentdən 354 nəfəri tələbə adını qazanıb. Ali məktəblərə daxil olan abituriyentlərdən 70 nəfər 500-dən, 26 nəfər 600-dən çox bal toplayıb. Bu nailiyyət Göyçayın təhsili tarixində indiyədək əldə olunan ən yüksək göstərici hesab edilir. Tam orta təhsil bazasından isə 82 məzun orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbulun nəticələrinə görə şəhər 1, 3, 6, 7 saylı, Ləkçılpaq, Alxasava, Qaraxıdır, Mallı-Şıxlı, Kürdəmiş, İnçə, Çərəkə kənd tam orta məktəbləri daha yaxşı nəticələr göstəriblər.

Çıxışlarda müəllim əməyinin qiymətləndirilməsinə də diqqət yetirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə indiyədək Göyçay müəllimlərindən 5 nəfərin “Tərəqqi” medalına, 3 nəfərin “Qabaqcıl təhsil işçisi”, 6 nəfərin “Əməkdar müəllim” fəxri adına layiq görülməsi Göyçay rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib.

Sonra Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək təhsil işçilərini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Tədbir iştirakçıları oktyabrın 4-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən Göyçay şəhər 2 saylı orta məktəbin tarix müəllimi Naibə Əhmədovanı da təbrik ediblər. Sonra işində fərqlənən 5 müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Yerli musiqiçilər, uşaq incəsənət məktəbinin kollektivi mərasimə xüsusi çalar qatıb. Bir-birini əvəz edən şən mahnılar, rəqs nömrələri, poeziya nümunələri tədbir iştirakçılarında xoş anlar yaradıb.

X X X

Neftçala

Beynəlxalq Müəllimlər Günü Neftçala rayonunda da təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, rayonun 51 ümumtəhsil məktəbində 9 min 500-dən çox şagirdin təlim-tərbiyəsi ilə 1251 müəllim məşğul olur. Dövlətin bu sahəyə qayğısı nəticəsində təhsildə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Builki məzunlardan 222 nəfərin ali məktəblərə qəbul olunması, 38 nəfərin 500-600 arası, 15 nəfərin isə 600 baldan yuxarı nəticə göstərməsi, 4 şagirdin Olimpiya diplomu alması, 2 məzunun qızıl, 1 şagirdin isə gümüş medala layiq görülməsi bunun bariz nümunəsi kimi səciyyələndirilib.

Rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev bayram münasibətilə müəllimləri təbrik edərək, son illər dövlətimizin başçısının tapşırığı ilə rayonda 10 yeni məktəb binasının inşa olunduğunu, 4 məktəb binasının isə əsaslı təmir edildiyini söyləyib. Ölkədə, eləcə də rayonda təhsil islahatının uğurla həyata keçirildiyini bildirən İ.Vəliyev məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən müəllimlər təhsilə, elmə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda qabaqcıl müəllimlərə fəxri fərmanlar təqdim olunub.

X X X

Salyan

Salyanda Beynəlxalq Müəllim Günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və təhsil şöbəsinin rəhbər işçiləri 3 nömrəli şəhər məktəbin təqaüddə olan müəllimləri Rəhilə Qasımova və Sədaqət Vahidovanın evində olub, onlarla çay süfrəsi arxasında söhbət edib, sağlamlıq durumları, güzəranları ilə maraqlanıb, bayram hədiyyəsi təqdim ediblər.

Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev bildirib ki, Salyanda 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim ötən tədris ilini müsbət göstəricilərlə başa vurub. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 700 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 370 nəfəri tələbə adını qazanıb. Məzunlardan 26 nəfəri 600-dən çox, 68 nəfəri isə 500-600 arası bal toplayıb.

Çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Rayonda təhsil islahatının uğurla həyata keçirildiyini vurğulayan S.Hətəmov qeyd edib ki, son 3 ildə Salyanda 6 yeni məktəb binası və əlavə korpuslar tikilib, 3 məktəb binası isə əsaslı təmir edilib.

Müəllimlər onların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Sonda bir qrup qabaqcıl müəllimə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

X X X

İmişli

5 oktyabr - Beynəlxalq Müəllim Günü İmişlidə də böyük təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov təhsil işçilərini Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edərək, son illər rayonun ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin xeyli yüksəldiyini diqqətə çatdırıb, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, rayonun 62 ümumtəhsil məktəbində 15 min 322 şagird təhsil alır, 1531 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olur. Təhsil ocaqlarında çalışan müəllimlərdən 1157-si ali, 315 nəfəri isə orta ixtisas təhsillidir.

Diqqətə çatdırılıb ki, 2015-2016-cı tədris ilində 248 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 25 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən çox bal toplayıb. Tədris ilində iki müəllim “İlin müəllimi” adını qazanıb, bir müəllim isə “Tərəqqi” medalına layiq görülüb.

Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonun təhsil işçilərini təbrik edib, onlara xoş arzularını bildirib.

İcra hakimiyyətinin başçısı İmişlinin təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıraraq qeyd edib ki, son illər rayonda 4 məktəb binası inşa olunub, 3 məktəb isə əsaslı təmir olunaraq pedaqoji kollektivlərin istifadəsinə verilib. Təhsil sahəsində əldə olunan nailiyyətlərin daha da artırılmasının mümkünlüyünü söyləyən natiq təhsilin inkişafına təkan olan dövlət layihələrinin real nəticələrindən ətraflı söhbət açıb.

Müəllimlər çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup qabaqcıl müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanı və şəhər 7 nömrəli məktəbin müəllimi Leyli Əliyevaya Prezidentin Sərəncamı ilə layiq görüldüyü “Tərəqqi” medalı təqdim olunub.

X X X

Qax

Müəllim cəmiyyətin sabahının, gözəl gələcəyinin yaradıcısıdır. Müəllim gənc nəslə elm, bilik, aydın dünyagörüşü verir, onlara xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər təlqin edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Qaxda keçirilən tədbirdə səsləndirilib.

Rayonun qabaqcıl müəllimləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, qabaqcıl təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışılıb, rayon müəllimlərinin qazandıqları uğurlardan bəhs olunub.

Bildirilib ki, 5 oktyabr bütün dünyada ən şərəfli, müqəddəs və məsuliyyətli peşə sahibi olan müəllimlərin bayramıdır. Müəllimlik sənəti tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olub. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü insanlar yetişir.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev müəllim peşəsinə həmişə böyük qiymət verib. Müəllim əməyinə bu gün də dövlətimizin başçısı tərəfindən yüksək qiymət verilir, bu xeyirxah peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, müəllimlərin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər təhsilə, müəllimə qayğının bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, hazırda rayonun ümumtəhsil məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə 1297 müəllim məşğul olur. Son illər müəllimlərdən 7 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 7 nəfər “Tərəqqi” medalı ilə, 15 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Eyni zamanda, 5 nəfər “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olub. Sevindirici haldır ki, Prezident İlham Əliyevin imzaladığı son Sərəncamla şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Ayna Məhsimova “Tərəqqi” medalına layiq görülüb.

Tədbirin sonunda bir qrup qabaqcıl təhsil işçisi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

X X X

Lənkəran

Oktyabrın 5-də Lənkəranda Beynəlxalq Müəllimlər Günü bayram sevinci ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə müəllim əməyinə həmişə yüksək qiymət verildiyini, müəllimlərin sosial qayğılarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan T.Qaraşov Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən milli təhsilin inkişafına daim diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətimizin başçısının imzaladığı sərəncamlara müvafiq olaraq ölkəmizin bütün bölgələrində təhsilin maddi-texniki bazası gücləndirilir, yeni məktəb binaları tikilərək istifadəyə verilib.

Ölkəmizdə bacarıqlı pedaqoji kadrların hazırlığına diqqətin artırıldığını deyən T.Qaraşov Heydər Əliyev Fondu tərəfindən də təhsilin inkişafı sahəsində görülən işləri yüksək dəyərləndirib.

Rayon təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Tatova kənd məktəbinin müəllimi Araz Babayev, Lənkəran Dövlət Universitetinin müəllimi Gülbəniz Qədirova və başqaları rayon müəllimlərini bayram münasibətilə təbrik edərək, son illər Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, yeni məktəb binalarının tikintisindən, təhsil sahəsində qazanılmış uğurlardan danışıblar.

Sonda müəllimlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

X X X

Cəlilabad

Beynəlxalq Müəllimlər Günü ilə bağlı Cəlilabad şəhərindəki “Tut bağı” istirahət mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, təhsil işçiləri, hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, rayonun təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından, Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ölkəmizdə yeni təhsil müəssisələrinin tikilməsi və ya əsaslı təmir olunmasından, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin qazandığı uğurlardan danışıb.

Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi arxasında davam edən tədbirdə qabaqcıl təhsil işçilərinə fəxri fərmanlar verilib.

X X X

Lerik

AZƏRTAC xəbər verir ki, Lerik şəhərindəki 3 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Arzu Məliməmmədova, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, 1 nömrəli texniki fənlər təmayüllü liseyin müəllimi Dünyaxanım Kərimova, Vizəzəmin kənd tam orta məktəbinin müəllimi, “Tərəqqi” medallı Əhməd Ağayev, Nücü kənd tam orta məktəbinin direktoru Ədalət Məmmədov və başqaları müəllimləri əlamətdar gün münasibətilə təbrik ediblər.

Tədbirdə müəllim əməyini yüksək dəyərləndirərək ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Sonda müəllimlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

X X X

Qazax

Qazaxdakı Gənclər Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər bu sahəyə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının əyani təzahürüdür. Bu illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb binaları tikilib, əlavə korpuslar inşa olunub. Sevindirici hal odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondu da bu prosesdə fəal iştirak edir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Qeyd edilib ki, son illər rayonda 22 məktəb binası tikilib, 4 məktəb binasında bərpa-gücləndirmə işləri aparılıb, 3 məktəbdə əlavə sinif otaqları inşa olunaraq şagirdlərin istifadəsinə verilib.

İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident İlham Əliyevin 2016-cı il 4 oktyabr tarixli Sərəncamı ilə Ağköynək kənd tam orta məktəbinin müəllimi Sədaqət Əmirxanovanın “Əməkdar müəllim” fəxri adına layiq görülməsi və məktəb-liseyin direktor müavini Rəhim Muradovun isə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edib.

Çıxışlarda ötən dərs ilində görülmüş işlər, qazanılmış nailiyyətlər və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələr diqqətə çatdırılıb.

Tədbirdə bir qrup müəllim və təhsil işçisi fəxri fərmanla təltif olunub.

X X X

Ağstafa

Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən bayram tədbiri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan rayon təhsil şöbəsinin müdiri Leyla İsayeva təhsil işçilərini peşə bayramları münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb və rayonda təhsilin inkişafı ilə bağlı görülən işlərdən danışıb.

Sonra Ağstafa Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova müəllimləri təbrik edib, təhsil işçilərinə göstərilən dövlət qayğısından söz açıb.

“Tərəqqi” medalına layiq görülən İmran Nəsibov və “Əməkdar müəllim” fəxri adı ilə təltif olunan Sevda Əliyeva əməklərinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

X X X

Tərtər

Tərtər şəhərində Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və təhsil şöbəsinin müdiri Surxay Mirzəyev müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, təhsilə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət təhsil siyasətindən, həmçinin rayon müəllimlərinin qazandığı uğurlardan danışıblar.

Çıxışlarda bildirilib ki, rayonun builki məzunlarından 193 nəfər ali, 84 nəfər orta-ixtisas məktəblərinə, 5 nəfər Ali Hərbi Məktəbə, 3 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olub. 7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplayıb.

Qeyd edilib ki, rayon müəllimlərindən 5 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Həmçinin bayram ərəfəsində Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov “Qabaqcıl maarif xadimi” döş nişanı, şəhər 2 saylı məktəb-liseyin müəllimi Mehriban Abbasova isə Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Mərasimdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

X X X

Ağcabədi

Beynəlxalq Müəllimlər Günü Ağcabədi rayonunda da geniş qeyd olunub.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, təhsil işçilərinin, ziyalıların iştirak etdikləri bayram tədbirində çıxış edənlər müəllimləri peşə bayramları münasibətilə təbrik edib, gənc nəslin təlim-tərbiyəsi işində onların əməyini və rolunu yüksək qiymətləndiriblər.

Diqqətə çatdırılıb ki, hazırda Ağcabədi rayonunun təhsil müəssisələrində gənc nəslin təlim-tərbiyəsi ilə 2600 nəfərə yaxın müəllim məşğul olur. Son illər müəllimlərdən 8 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 7 nəfər “Tərəqqi” medalı, 4 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Həmçinin Azərbaycan Prezidentinin 2016-cı il 4 oktyabr tarixli Sərəncamı ilə Ağcabədi şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Təranə Əliyeva “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Bayram süfrəsi arxasında rəngarəng konsert proqramı ilə davam edən tədbirin sonunda rayonun bir qrup qabaqcıl müəlliminə fəxri fərmanlar təqdim edilib.

X X X

Ağdam

Ağdam Rayon İcra Hakimiyyətində təhsil işçiləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər müəllimləri peşə bayramları münasibətilə təbrik edib, təhsilə dövlət qayğısından, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsindəki xidmətlərindən, rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, təhsil sistemində əldə olunan nailiyyətlərdən danışıblar.

Bildirilib ki, rayon üzrə fəaliyyət göstərən 131 təhsil ocağında 19 min 820 şagirdin təlim-tərbiyəsi ilə 3994 müəllim məşğuldur. Bu il ümumtəhsil məktəblərini bitirən 1325 şagirddən 451 nəfəri respublikanın müxtəlif təhsil müəssisələrinə qəbul olunub.

Sonda bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman və qiymətli hədiyyələr verilib.

X X X

Bərdə

Beynəlxalq Müəllimlər Günündə Bərdə rayonunun təhsil işçiləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, dahi rəhbərin xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya, təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət təhsil siyasətindən, rayon müəllimlərinin qazandığı uğurlardan danışıblar.

Tədbirdə rayonun qabaqcıl müəllimlərindən bir qrupuna fəxri fərman və hədiyyələr təqdim olunub. Məktəblilər hazırladıqları kompozisiya ilə müəllimləri təbrik ediblər.

X X X

Beyləqan

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində də qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Xocavənd rayonunun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsi önünə gül dəstələri qoyaraq, dahi rəhbərə ehtiramlarını bildiriblər.

Rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil işçilərini təbrik edərək, onlara çətin və eyni zamanda, şərəfli işlərində uğurlar arzulayıb, ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən danışıb.

Bildirilib ki, Salakətin kənd tam orta məktəbinin müəllimi Telli Alıyevanın Azərbaycan Prezidentinin 2016-cı il 4 oktyabr tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif olunması Xocavənd ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb.

Sonda bir qrup qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk-monqol arxeoloqlarının yeni kəşfi: xaqanlıq dövrünə aid nadir yazılı abidə

Azərbaycanın güləş milliləri ilin ilk təlim-məşq toplanışına başlayıblar

BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

Azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından istifadə iqtisadi artıma gətirib çıxaracaq ŞƏRH

Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb

Kyuşu adasında 6,6 bal gücündə zəlzələ baş verib

“Qarabağ” Juninyonun “Flamenqo” klubuna transferi ilə bağlı açıqlama yayıb

AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini gücləndirib

Olimpiya təhsili və təhlükəsiz idman sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır

“Real Madrid” rəhbərliyi “Barselona”ya məğlubiyyətə görə üç futbolçusunu günahlandırıb

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub

“airBaltic” aviaşirkəti donanmasının dörddəbiri uçuşları dayandırıb

Qəbələdə qanunsuz tikinti işlərinin qarşısı alınıb

Vergi yükü Britaniyanın əmək bazarında böyük tənəzzül yaradıb

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib

Satmaq öhdəliyi ilə 300-dək mənzil kirayəyə veriləcək

Türkiyə Prezidenti ailə dəyərlərini qorumağa çağırıb

Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir ŞƏRH

Ötən il dünya bazarında smartfon satışları dörd faiz artıb

Cəbrayılda daha 39 ailəyə evlərinin açarları təqdim olunub VİDEO

İdrak savaşlarının təzahürləri və fəsadları - MƏQALƏ

Fransa-Əlcəzair münasibətləri gərginləşir: Darmanən diplomatik pasporta malik əlcəzairlilər üçün viza rejiminin tətbiqinə çağırır

Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm

Londonun Hitrou hava limanı 2024-cü ildə rekord sayda sərnişinin olduğunu bildirir

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

Bob Dilanın ən məşhur bəstələrindən biri hərracda satılacaq

Rəsədxana: Geomaqnit qasırğası gözlənilmir

Azərbaycan hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib

İran Prezidenti Moskvaya səfər edəcək

Azərbaycan millisinin üzvü Türkiyə klubundan ayrılıb

Fransalı nazir dövlət vəsaitini mənimsədiyinə görə istintaq altındadır

UNEC “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinə qoşulub

NASA-nın iki peyki Xəzərdəki “görünməz” Çigil dəniz adasının kosmosdan fotoşəkillərini çəkib

Ötən il Qəbələdə 17 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Bakalavrlar Azərbaycan Universitetinin Məsləhət Mərkəzinə müraciət edə bilərlər

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Siyasi manipulyasiyalar və nağılların təhrikedici psixologiyası

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu ötən il üç minə yaxın insan ziyarət edib

AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat alıb

Avropa İttifaqı Ukraynaya daha 148 milyon avro humanitar yardım ayırıb

İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - FOTOLAR

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub VİDEO

Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır

Tarix Muzeyinin “Naxçıvan rəsm əsərlərində” kataloqu nəşr olunub

Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin xatirəsi anılıb

Qazaxda nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 29 milyon manata yaxın olub

Fransa-Əlcəzair diplomatik böhranı əlcəzairli influenserin deportasiyası ilə daha da gərginləşib

Rusiyalı tennisçi anasını tribunadan göndərib

Azərbaycan hər kəsi öz adı ilə çağırma gücünə və iradəsinə malikdir – ŞƏRH

“Arpaçay-2” Su Elektrik Stansiyasında təmir işləri aparılıb

Myanmada nefrit mədəninin çökməsi nəticəsində 12 nəfər ölüb

® “AccessBank” üçüncü dəfə “Access2Success” layihəsinə başlayıb

Bu günədək Rəqabət Məcəlləsi ilə bağlı 12 normativ-hüquqi akt layihəsi təsdiqlənib

Ötən il qanunsuz yolla ölkəyə 7 milyondan çox siqaret gətirilməsinə cəhd göstərilib

Britaniya Avropa İttifaqı ilə əlaqələrin yenidən qurulması istiqamətində ilk addımı atıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 40 faizi ötüb

Britaniya süni intellektə 14 milyard funtluq investisiya qoymağı planlaşdırır

“Fənərbağça”nın sabiq futbolçusu karyerasını başa vurub

Türkiyə Prezidentinin illik fəaliyyətini əks etdirən “Eşq ilə qaçan yorulmaz” kitabı nəşr olunub

Mərkəzi Bank Cəlilabadda vətəndaşların səyyar görüşünü keçirəcək

Bakı hava limanı adından yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edilib

ANAMA: 1043.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

İtaliyada bir sıra dövlət qurumları və banklara kiberhücum olub

Ötən il Şri-Lankada 50 min nəfər denge qızdırmasına yoluxub

Ötən il Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu ilə 350-dən çox konteyner blok-qatarı göndərilib

FHN: Masallıda fərdi yaşayış evi yanıb VİDEO

İtaliyada baş verən qar uçqunu nəticəsində üç nəfər həlak olub

Kreml: RF və ABŞ prezidentlərinin görüşü haqqında Trampın inaqurasiyasından sonra konkret danışmaq mümkün olacaq

Hesablama Palatası Dövlət İqtisad Universitetində keçirdiyi auditin nəticələrini açıqlayıb

Britaniya hökuməti atom enerjisindən istifadə edən suveren AI-nin inkişafına sərmayə qoyacaq

“BDU könüllüləri” təşkilatı tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Çinin xarici ticarət dövriyyəsində müsbət saldo bir trilyon dollara yaxınlaşır

Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni təlimə başlayır

Azərbaycan Qazaxıstanda keçirilən beynəlxalq fənn olimpiadasında iştirak edir

UFAZ-da keçirilən “Yaşıl kimya” hakatonunun qalibləri müəyyənləşib

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb

“Qarabağ”ın sabiq braziliyalı futbolçusu: Juninyo “Flamenqo”da da uğurlu olacaq

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edilib

Ötən il Fransada 66 mindən çox şirkət müflis olub

“Reuters”: Qətər Qəzza ilə bağlı yekun saziş layihəsini təqdim edib

Azərbaycan yeni dünya düzənində ŞƏRH

Sabirabad sakinindən 6 kiloqram narkotik vasitə və odlu silah götürülüb VİDEO

Ötən il NİİM-in kameraları 2 mindən çox yol-nəqliyyat hadisəsini qeydə alıb

Xəzərin sahilində suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacaqmı?

Bərdədə avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatı dayanıb VİDEO

İtkin düşmüş Salyan sakininin arvadı deyil, oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

® Şaxta baba ucqar kəndlərdə

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar

İxracdan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan təqsirləndirilən şəxslər barədə cinayət işləri məhkəmələrə göndərilib

İmişlidə pambıqçılıq üzrə son 10 ilin maksimum məhsuldarlığı qeydə alınıb

Sudanın lideri: Müstəmləkəçi güclər Afrikada münaqişələri qızışdırır