DÜNYA


ABŞ: Ukraynada vurulan “Patriot” sistemi işə düşüb

ABŞ: Ukraynada vurulan “Patriot” sistemi işə düşüb

Bakı, 18 may, AZƏRTAC

ABŞ rəsmisi Rusiyanın Ukraynada hədəf aldığı “Patriot” hava hücumundan müdafiə sisteminin cüzi zədələnsə də, hazırda işlədiyini açıqlayıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Rusiyanın hipersəsli “Kinjal” raketinin Kiyevdə “Patriot” sistemini vurduğunu açıqladıqdan sonra ABŞ rəsmisi, Ukraynada bir “Patriot” sisteminin hədəf alındığını təsdiqləyib.

Qurum rəsmisi sistemin bir qədər zədələndiyini, lakin hələ də işlək vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kiyevdə “Patriot” hava hücumundan müdafiə sistemini hipersəs “Kinjal” raketi ilə sıradan çıxartdıqlarını bildirmişdi.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayder mayın 10-da Ukrayna ordusunun “Patriot” raketi ilə Rusiyanın "Kinjal" hipersəs raketini vurduğunu açıqlamışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.