DÜNYA
ABŞ Ukraynaya 550 milyon dollar əlavə hərbi yardım ayırıb
Vaşinqton, 2 avqust, AZƏRTAC
Ağ ev bazar ertəsi ABŞ-ın Ukraynaya daha 550 milyon dollar dəyərində silah göndərəcəyini bildirib ki, bununla da Amerika yardımını bu ilin fevralında müharibənin başlandığı andan 8 milyard dollardan çox artıracaq.
AZƏRTAC xəbər verir ki, Prezident Bayden ilk ərzaq yük gəmisi, nəhayət, Ukraynanın Odessa liman şəhərini Moskva ilə razılaşmaya uyğun olaraq tərk etdikdən dərhal sonra yardımın ayrılmasına icazə verib. Ağ ev bütün dünyada artan ərzaq böhranını yumşaltmaq üçün Kremli razılaşmaya əməl etməyə çağırıb.
Pentaqonun nümayəndəsi Con Kirbi bildirib ki, dövlət katibi Entoni Blinken, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark A. Milli və milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan ukraynalı həmkarlarına bazar ertəsi yeni silah tədarükü barədə məlumat veriblər. Blinkenin bəyanatında deyilir ki, Ukraynanın müdafiə ehtiyacları üçün Pentaqon ehtiyatlarından silah və avadanlıqların ayrılmasına icazə verib.
“Verilən silahlara High Mobility Artillery Rocket Systems (HIMARS) raket qurğuları, eləcə də artıq Ukrayna qoşunlarının təchizatında olan 155 millimetrlik qaubitsalar üçün sursat daxil olacaq”,- deyə Kirbi bildirib.