DÜNYA


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədin adı açıqlanıb

Bakı, 23 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədinin adını açıqlayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Prezident bu vəzifəyə hazırda ABŞ-ın Kanadadakı səfiri Kelli Kraftı namizəd göstərib. Bu barədə D.Tramp “Tvitter” səhifəsində məlumat verib. O, Kelli Kraftın ölkəsi üçün böyük işlər gördüyünü və onun namizədliyini dəstəkləməkdən məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, Prezident bir qədər əvvəl bu vəzifəyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hiter Nauertin namizədliyini dəstəklədiyini demişdi. Lakin H.Nauert ailə problemlərini səbəb gətirərək namizədlikdən geri çəkilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.