MƏDƏNİYYƏT


ABŞ-ın Dominikan Universitetinin professoru ali məktəbdə sosial xidmətlərlə bağlı seminar keçirib

Bakı, 12 aprel, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan Sosial İş” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə ABŞ-ın Fulbrayt proqramı çərçivəsində “Sosial xidmətlərin yaradılması” mövzusunda seminar təşkil olunub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində fəaliyyət göstərən Dominikan Universitetinin professoru, sosial iş üzrə tanınmış mütəxəssis Letisia Villarreal-Sosanın keçirdiyi seminarda universitetin müvafiq ixtisas üzrə bakalavr və magistratura pilləsində təhsil alan müəllim və tələbələri iştirak edib.

Seminarda İB-nin icraçı direktoru Lamiyə Rzayeva tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, cari ilin sonunadək professoru Villarreal-Sosanın ölkəmizə daha iki səfəri nəzərdə tutulur. Bu səfərlər çərçivəsində ATMU-nun sosial iş üzrə təhsil alan tələbələri üçün müxtəlif seminar və təlimlərin təşkili planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.