DÜNYA


ABŞ-ın bu il və gələn il üçün sutkalıq neft hasilatına dair proqnozu azaldılıb

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ-ın bu il və 2019-cu il üçün xam neft hasilatına dair proqnozu gündəlik orta hesabla 0,1 milyon barrel azaldılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir.

EIA-nın proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il 11,7 milyon barrel olacaq.

Əvvəlki hesabatda ABŞ-ın neft hasilatının cari ildə gündəlik 10,8 milyon barrel, 2019-cu ildə isə 11,8 milyon barrel olacağı nəzərdə tutulurdu.

Ölkənin neft istehsalı ötən il sutkada orta hesabla 9,4 milyon barrel təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.