DÜNYA


ABŞ zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyəyə yardım etməyə başlayıb

ABŞ zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyəyə yardım etməyə başlayıb

Bakı, 6 fevral, AZƏRTAC

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə yardım dəstəyinin göstərildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, E.Blinken zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verərək deyib: “Komandama qarşıdakı günlərdə türk müttəfiqlərimiz və humanitar tərəfdaşlarımızla sıx əlaqə saxlamağı tapşırdım. Buna bölgənin ehtiyacı var. Türkiyəyə qabaqcıl yardım dəstəyimiz yoldadır”.

E.Blinken qeyd edib ki, regionun nəyə ehtiyacı olduğunu müəyyən etmək üçün köməkçilərinə türkiyəli müttəfiqlər, eləcə də humanitar təşkilatları təmsil edən tərəfdaşlarla daimi əlaqədə qalmağı göstəriş verib.

Suriyadakı zəlzələnin nəticələrinə də toxunan ABŞ-ın dövlət katibi qeyd edib ki, ölkəsi bu zəlzələdən zərər çəkənlərə də köməklik göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.