Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ADA Universiteti “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) tam külliyyatından III cildi nəşr edib

ADA Universiteti “Azərbaycan” qəzetinin (1918-1920-ci illər) tam külliyyatından III cildi nəşr edib

Bakı, 4 iyul, AZƏRTAC

1918-1920-ci illərdə çap olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatından III cildi latın qrafikasında nəşr edilib. Layihənin təşəbbüskarı ADA Universitetinin rektoru səfir Hafiz Paşayevdir.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin dəstəyi ilə nəşr edilən III cild 1918-ci ilin dekabr ayını əhatə edir.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin orqanı olan “Azərbaycan” qəzetində rast gəlinən xəbərlər o dövrün hadisələrinə dair ilkin mənbələrdir. Məsələn, III cilddə “Qarabağ əhvalı” (1918-ci il, 5 dekabr, N 56) sərlövhəli yazıda oxuyuruq: “Ağdam Milli Komitəsindən və Ağdamda yaşayan Şuşa şəhəri sakinləri tərəfindən Azərbaycan Hökumətinə gələn teleqramlardan görünür ki, Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının dağbasar [dağətəyi] hissələrində toplanmış olan erməni üsyançıları tərəfindən müsəlman əhalisinə olmazın zülmlər edilir. Andranikin dəstəsi Şuşaya hücuma hazırlanır və əlyövm [hal-hazırda] Şuşanın 20 çağırımlıq (verst) bir məsafəsində “Müsəlmanlar” adlanan mövqedə vuruşma gedir. Yuxarıda adları yazılmış qəzaların erməniləri də Andranikin dəstəsinə qoşularaq əməliyyata iştirak edirlər.

Bu hadisələr, əhalinin həyəcanına və işdən-gücdən qalmasına səbəb olurlar. Bunun üçün də Ağdam Milli Komitəsi teleqraflarla Hökumətə müraciət edərək buna qarşı təcili tədbirlər ittixazını [görülməsini] rica edir”.

Qəzetin 1918-ci il 7 dekabr 58-ci nömrəsində dövrün qabaqcıl ziyalılarından biri olan Xəlil İbrahimin “Azərbaycan Parlamanı dəvəti münasibətilə” yazısı isə bu günün oxucusuna Cümhuriyyət hökumətinin demoratikliyindən xəbər verir: “Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün deyil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək, Cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı həyatımızın quruluşunda iştiraka dəvət etdilər. Azərbaycanda heç millət, heç sinif, heç silk [təbəqə] hakim ya məhkum ola bilməz. Hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadəti ilə məsud, ələmi ilə müəlləm olsun [kədərlənsin]”.

Kitabı vərəqlədikcə, 1918-ci ildə müxtəlif sahələr üzrə problemlər göz önündə canlanır. “Bakıda xalq məktəbi müdirlərinin yığıncağı” (16 dekabr, N66), “Maarif müfəttişlərinin yığıncağı” (18 dekabr, N67, 19 dekabr N68 və s.) sərlövhəli yazılar dövrün təhsil problemləri haqqında oxucuda geniş təsəvvür yaradır.

Pedaqoq, publisist Fərhad Ağazadənin “Bakıda neft ticarəti və onun müxtəsərcə tarixi” (1918, 5 dekabr, N56) məqaləsi isə müvafiq sahəyə dair dəyərli mənbədir.

“Türkiyədə qadınlıq məsələsi” (Feminizm) (3 dekabr, N55) adlı məqalədə qadın hüquqları ilə yanaşı, övlad tərbiyəsinə də diqqət çəkilir. “Bir validənin ağuşunda böyüməkdə olan övladına qarşı məhəbbəti nə qədər çoxsa, tərbiyənin aldığı şəkil və cəsamətcə [böyüklüyǝ görǝ] o nisbətdə də vətəninə məhəbbət olar. Vətənin müşfiq validələri övladlarını hər tərəfdə qorumaq əsasına binaən [uyğun olaraq], hərb meydanlarına qədər gəlir: cəngavərlərin aldığı nişaneyiiftixarını – yarasını, sarar, baxar, onu bir çocuğu qədər nəvazişi nəzərlərə qərq edər”.

ADA Universitetinin rektoru Hafiz Paşayev kitaba “Ön söz”də yazır: “Azərbaycan” qəzetindəki materiallar Azərbaycan Cümhuriyyətinin bilavasitə tarixini əks etdirir. Qəzetin səhifələrində Azərbaycan Hökumətinin qərarları, Parlament üzvlərinin çıxışları, paytaxtda və bölgələrdə baş verən hadisələrin təfərrüatları, müxtəlif təhlillər, xatirələr öz əksini tapıb. Günümüzdə xüsusi əhəmiyyət kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə dair materiallar oxucularda böyük maraq doğuracaqdır. Eləcə də Azərbaycan Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri, dövrün ab-havası müfəssəl şəkildə qəzetin səhifələrində əks olunub. Ümumiyyətlə, bu qəzetin transliterasiyası Azərbaycan Cümhuriyyəti tarixşünaslığında yeni bir səhifə açacaq və gələcək tədqiqatlar üçün mühüm stimul olacaqdır.

İlk dörd nömrəsi Gəncədə, sonrakı nömrələri Bakıda nəşr edilən Azərbaycan” qəzetinin 15 sentyabr 1918 – 28 aprel 1920 tarixləri arasında 443 nömrəsi çapdan çıxmışdır. Qəzetin redaktorları müxtəlif vaxtlarda Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim kimi dövrün qabaqcıl ziyalıları olmuşdur. Qəzet əksəriyyətlə 4 səhifə həcmində çıxsa da, bəzi nömrələrdə səhifələrin sayı fərqlilik göstərir. Hər səhifədəki sütunların sayı və səhifələrin ölçüsü, qəzetin çap olunduğu 19 ay yarımlıq müddət ərzində bir neçə dəfə dəyişmişdir”.

Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib. Onlar transliterasiya zamanı mǝtnin orijinallığını qorumaqla yanaşı, materialların müasir oxucu üçün mümkün qədər anlaşılan olmasına çalışıblar. Bu səbəbdən, bəzi sözlərin imlasını müasirləşdirmək lazım gəlib. Məsələn, “çoq”, “yoq”, “etmǝgi”, “kibi”, “numero” kimi sözlərin müasir yazılışına (çox, yox, etmǝyi, kimi, nömrǝ) üstünlük verilib. Eyni zamanda, “teatro”, “qǝzetǝ”, “böylǝ” kimi bəzi sözlərə toxunulmayıb. Bir tərəfdən, bu sözlər qəzetdə həmişə eyni cür yazılıb, digər tərəfdən də, mütaliəni çətinləşdirmədən dövrün ab-havasını saxlamağa xidmət edir.

Çətin anlaşılan söz və ifadələr üçün cildin sonuna lüğət əlavə etmək münasib görülməyib. Əvvəla, hər dəfə mütaliəni kəsərək lüğətə baxmaq oxucu üçün çətindir, ikincisi, bəzi sözlərin bir çox mənası işindən məhz hansının nəzərdə tutulduğunu təyin etmək barəsində oxucu tərəddüddə qala bilər. Çətin anlaşılan söz və ifadələrin necə başa düşülməli olduğu mətnin işində kvadrat mötərizədə göstǝrilib. Qəzetin hər nömrəsindən sonra əlavə edilən “Qeyd və şərhlər”dǝ oxucular üçün faydalı məlumatlar yer alır. Cildin sonunda “Adlar göstəricisi” verilib.

Kitabı elektron formatda da əldə etmək mümkündür.

Xatırladaq ki, 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı 20 cilddə olacaq. I cild 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr ayını əhatə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb