ELM VƏ TƏHSİL
ADNSU ilə “British Council” təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib, universitetdə ingilis dilinin tədrisinin təşkilinə böyük önəm verildiyini vurğulayıb.
Görüşdən məmnun qaldığını qeyd edən S.Şah əməkdaşlığın daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib.
Sonra ADNSU ilə “British Council” təşkilatı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.