ADPU-da “Xərçəng əslində” layihəsi barədə məlumat verilib
AzerTAg.az
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənclər Fondunun XI qrant müsabiqəsində qalib gəlmiş “Xərçəng əslində” layihəsinin təqdimat mərasimi keçirilib.
ADPU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə universitetin tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov müsabiqənin əhəmiyyətindən danışıb. Təqdimatı keçirilən layihənin rəhbəri Nərmin Əhmədli layihə haqqında ətraflı məlumat verib.
Sonra “Xərçəngin yaranma səbəbləri” mövzusu üzrə müzakirələr aparılıb. Ümumi psixologiya kafedrasının müəllimi, psixoloq Gülər Məmmədova qeyd edilən xəstəliklə mübarizə aparan şəxslərin psixoloji durumu, onlarla düzgün davranış qaydaları barədə danışıb.


Xəbərin mətnində orfoqrafik səhv var