MƏDƏNİYYƏT
İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var
Bakı, 1 may, AZƏRTAC
Bizim dünya xalqlarının fərqliliklərini qəbul etməyimiz sülh şəraitində yaşamağımız üçün çox vacibdir. Bütün insanlar bərabər hüquqlara malik olmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar sülh və əmin-amanlığın qorunması məsələsi ilə məşğul olmalıdır. “Sülh içində yaşamağa, birlik və bərabərliyə nail olmaq üçün bir çox mədəniyyətlərarası layihələrə ehtiyac var. Həmçinin çoxmillətli, çoxdinli ölkələrdə də belə platformalara ehtiyac duyulur”, - deyə nazir diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2024 [19:31]
Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub
- 15.05.2024 [17:38]
Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir
- 15.05.2024 [16:03]
Frankfurt sərgisində Azərbaycanın turizm potensialı təbliğ edilir
- 15.05.2024 [15:58]
Bəstəkar Cəlal Abbasovun əsərlərindən ibarət konsert
- 15.05.2024 [15:52]
Milli Kitabxanada növbəti treninq
- 15.05.2024 [12:50]