ELM VƏ TƏHSİL


ADU-da “Tərcümə problemləri” mövzusunda elmi–praktik konfrans keçirilir

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Azərbaycan Dillər Universitetində (ADU) tərcümə fakültəsinin təşkilatçılığı ilə “Tərcümə problemləri” mövzusunda respublika elmi–praktik konfransının açılışı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor, akademik Kamal Abdulla konfransda həm bədii, həm də elmi əsərlərin tərcüməsi ilə bağlı aktual mövzuların müzakirə olunacağını diqqətə çatdırıb. Rektor Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edən və son dərəcə unikal əsər sayılan “Azərbaycan tərcümə ensiklopediyası” kitabı haqqında iştirakçılara məlumat verib. Akademik bildirib ki, bu konfransın təkcə tərcümə fakültəsinin deyil, digər fakültələrin də həyatında böyük əhəmiyyəti vardır. Çıxışının sonunda Kamal Abdulla konfrans iştirakçılarına uğurlar arzulayıb.

Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova konfransın işi haqqında məlumat verdikdən sonra plenar məruzələr dinlənilib.

Konfrans “Sahələr üzrə tərcümə”, “Tərcümədə İKT-dən istifadə yolları”, “Bədii tərcümənin problemləri” və “Tərcümənin tədrisi” bölmələri üzrə işini davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.