AFFA “Keşlə”nin futbolçusu İlkin Qırtımovu 4 oyunluq cəzalandırıb
AzerTAg.az
Bakı, 1 dekabr, AZƏRTAC
AFFA İntizam Komitəsi “Keşlə” klubunun futbolçusu İlkin Qırtımovu 4 oyunluq cəzalandırıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb onun Premyer Liqanın XI turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduqdan sonra hakimlər briqadasını təhqir etməsidir. “Keşlə”yə bununla əlaqədar 3200 manat ödəməli olacaq.
Komandanın digər üzvü Con Kamara ikinci sarı vərəqə ilə cəzalandırılıb və meydandan qovulub. Afrikalı futbolçuya 1 oyunluq cəza, kluba isə 200 manat cərimə tətbiq edilib.
“Qəbələ” və “Sumqayıt” klubları isə 800 manat məbləğində cərimələnib. Hər iki komandanın 4 oyunçusu “Qəbələ”nin 1:0 hesabı ilə qələbə qazandığı matçda sarı vərəqə alıb.

Xəbərin mətnində orfoqrafik səhv var