İDMAN
AFFA-nın “Niyə də yox?!” layihəsi xüsusi mükafata layiq görülüb
Bakı, 2 noyabr, AZƏRTAC
Latviyanın paytaxtı Riqada UEFA GROW Konfransı və mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nı Marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev və brend menecer Yeganə Abbaszadə təmsil ediblər.
Konfransın ilk günü UEFA-nın 55 milli assosiasiyası ilə tərəfdaşlıq proqramı olan UEFA GROW proqramının “Gələcəyin Futbol Federasiyaları” strategiyasının təqdimatı olunub və bu mövzuda fikir mübadiləsi aparılıb.
Növbəti gün isə UEFA-nın ənənəvi mükafatlandırma mərasimi keçirilib. AFFA-nın rəqəmsal marketinq layihələri kateqoriyası üzrə təqdim etdiyi “Niyə də yox?!” layihəsi xüsusi mükafata layiq görülüb.
UEFA GROW mükafatlandırma mərasimi hər iki ildən bir təşkil edilir və müvafiq dövr ərzində 55 milli assosiasiyanın 5 müxtəlif kateqoriya üzrə layihələri qiymətləndirilir. Artıq üçüncü dəfədir ki, keçirilən mükafatlandırma mərasimində rekord sayda – 160 layihə üzrə qiymətləndirilmə aparılıb və qaliblər müəyyənləşdirilib.