ELM VƏ TƏHSİL


Aİİ abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentləri aprelin 22-dən mayın 22-dək, çərşənbə günləri saat 09:00-dan 17:00-dək “Açıq qapı” günlərinə dəvət edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günlərində iştirakçılar üçün tədris binasında məlumatlandırıcı görüşlər təşkil olunacaq, onlar Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat alacaqlar. Abituriyentlər keçid balları, ixtisaslar haqqında ətraflı məlumat alacaqlar. Bununla yanaşı, onlara xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil imkanları, məzunlar üçün iş imkanları, institutun beynəlxalq əlaqələri, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında ətraflı məlumat veriləcək. Abituriyentlər, eyni zamanda, dərs prosesini izləyəcək, onları maraqlandıran suallarla Aİİ əməkdaşlarına müraciət edə biləcəklər.

“Açıq qapı” günlərində iştirak etmək istəyən abituriyentlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. İnstitutun tədris binasına daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.