ƏLİLLƏRƏ QAYĞI GÖSTƏRİLİR
Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqları salamlayaraq bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 1992-ci ildə dekabrın 3-nü əlillər günü elan etmişdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra əlillər günü ənənəvi olaraq respublikamızda da qeyd olunur. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində yüzlərlə əlilin həyat şəraiti yaxşılaşdırılmış, avtomobil, təqaüd və işlə təmin edilmişdir. O vurğuladı ki, Azərbaycanın dinamik inkişafı, iqtisadiyyatın sürətli tərəqqisi bu qəbildən olan insanların yaşayışına yaxın gələcəkdə müsbət təsir göstərəcəkdir. Onların problemləri Sumqayıt rəhbərliyinin də daim diqqət mərkəzindədir. Bu yaxınlarda əlillər üçün yeni yaşayış evi istifadəyə veriləcəkdir. Həmin ev Prezident Heydər Əliyevin aprelin 3-də Sumqayıta məlum səfərindən sonra onun göstərişi ilə tikilmişdir.
Şən nəğmələr, ritmik rəqslər bayram süfrəsi başına yığışanlara xoş ovqat bəxş etdi.