ELM VƏ TƏHSİL
ALİMLƏRİN ELMİ LAYİHƏSİ 35 MİN ABŞ DOLLARI MƏBLƏĞİNDƏ QRANT VƏSAİTİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR
Azərbaycan Milli Elm Fondu və Amerika Birləşmiş Ştatlarının Mülki Tədqiqatlar və İnkişaf Fondunun Azərbaycan-ABŞ birgə qrantlar proqramı çərçivəsində “Qamma-şüalanma və yüklü zərrəciklərin detektə edilməsi üçün yeni selvari fotodiodların yaradılması” layihəsi 35 min dollar məbləğində qrant vəsaitinə layiq görülmüşdür.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu layihəni Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu və Amerika Birləşmiş Ştatları tədqiqatçılar qrupları hazırlamışlar.
Alınan vəsaitin 80 faizi azərbaycanlı tədqiqatçılara veriləcəkdir.