SİYASƏT


ANAMA düşmənin Qızılhacılı qəsəbəsinə atdığı kasetli raketin hissələrinin fotolarını paylaşıb

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ermənistan silahlı qüvvələrinin “Smerç” qurğusundan Goranboy rayon Qızılhacılı qəsəbəsinə atdığı kasetli raketin daşıma/paylama hissələrinin fotolarını paylaşıb.

AZƏRTAC ANAMA-ya istinadla həmin fotoları təqdim edir.

Qeyd edək ki, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından bütün təmas xətti boyunca ordumuzun mövqelərini atəşə tutub. Dinc əhalini və mülki infrastrukturu hədəfə alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə raket və mərmilər atıb. Həmin tarixdən ANAMA tərəfindən xüsusi mobil əməliyyat qrupları, həmçinin baş qərargahda operativ qərargah yaradılıb. Daxil olmuş çağırışlar və müraciətlər əsasında operativ şəkildə əməliyyat-axtarış çıxışları həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.