MƏDƏNİYYƏT


“ANA” ƏSƏRİ TAMAŞAYA QOYULACAQ

Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən Ulduzlar” Assosiasiyasında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Ana” əsərinin tamaşası üzərində yaradıcılıq işləri gedir.

Assosiasiyadan AZƏRTAC-ın müxbirinə demişlər ki, ölməz söz ustadının anadan olmasının 120 illik yubileyi münasibətilə assosiasiyanın baş rejissoru Məmmədkamal Kazımovun qurluşunda səhnələşdirilən “Ana” dramında baş rollarda xalq artistləri Vaqif Əliyev, Muxtar Manıyev, əməkdar artist Firuz Xudaverdiyev və başqaları çıxış edəcəklər.

Əsərin premyerası ilin sonunadək olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.