SİYASƏT
ASTARADA HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara şəhərinin mərkəzi meydanında ümummilli liderimiz Heydər Əliyevin abidəsinin açılışı olmuşdur.
Mərasimdə rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova və başqaları ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışmış, Prezident İlham Əliyevin 3 dəfə Astarada olduğunu iftixarla diqqətə çatdırmış, ölkəmizin başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişlər.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Oqtay Abbasov abidənin üzərindən ağ örtüyü götürmüş, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri abidənin önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini məhəbbət və ehtiramla yad etmişlər.