Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da azğınlaşdırır

ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da azğınlaşdırır

Bakı, 13 iyul, AZƏRTAC

Nikol Paşinyan Ermənistanın baş naziri seçiləndən sonra işğalçı ölkədə baş verən hadisələr ermənilərin iç üzünü, qəddarlığını, insanlığa xas olmayan xüsusiyyətlərini bir daha açıb ortaya qoydu. Dövlətimizin başçısı iyulun 6-da yerli televiziya kanallarına müsahibəsində bu barədə ətraflı məlumat verdi. Buna qədər də Prezident İlham Əliyev bu ölkədə baş verən qanunsuzluqlar, beynəlxalq hüququn normalarına hörmətsizlik, faşizm ideologiyasına meyillilik, İrəvanın mərkəzində nasist Qaregin Njdeyə abidə ucaldılması barədə nüfuzlu beynəlxalq tədbirlərdə kifayət qədər məlumat vermişdi.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, özünü demokrat qiyafəsində təqdim etmək istəyən baş nazir Nikol Paşinyan, görünür, Ermənistan silahlı qüvvələrinin törətdikləri qanlı faciələri unudub. Dünyada analoqu olmayan bu faciələr ermənilərin faşistlərdən də qəddar olduğunu təsdiqlədi. Belə bir ölkədə demokratiyadan söhbət gedə bilərmi? 30 ildən çoxdur ki, qonşu dövlətin ərazisini işğalda saxlayan, bir milyondan artıq insanı doğma ata-baba yurdundan didərgin salan, uşağa, ağsaqqala qarşı amansız qətllər, dəhşətli terror aktları törədən bir ölkədə humanizm prinsiplərinə, demokratiyaya, beynəlxalq hüquq normalarına hörmət olarmı? Qətiyyən olmaz! Dövlətimizin başçısı da bu məqamları diqqətə çatdırdı.

Artıq Ermənistan digər təşkilatların rolu olmadan özü-özünü ifşa edir. Bu ölkənin daxilindəki müəyyən qüvvələr 20 il ərzində hakimiyyətdə olan keçmiş prezidentlərin, onların ətrafının cinayətkar olduqlarını artıq faktlarla ortaya qoyurlar. Keçmiş və indiki rəhbərlərin hakimiyyəti zorla qəsb etmələri, korrupsiya və rüşvətxorluqları barədə kifayət qədər faktlar irəli sürürlər. Hətta hakimiyyəti uzun müddət əllərində saxlamaq üçün rəqiblərinə qarşı amansız rəftar etməkdən, terror aktları törətməkdən belə çəkinməyiblər. 2008-ci ildə keçirilən prezident seçkilərində baş verən hadisələri xatırlatmaq istərdim. Bunu Ermənistanın ziyalıları, tanınmış ictimai-siyasi xadimləri, jurnalistləri də dəfələrlə bəyan ediblər. Dövlətimizin başçısı müsahibədə vurğuladığı kimi, iyirmi il hakimiyyətdə olan kriminal bir rejimə rəhbərlik edən cinayətkar prezidentlər, təbii ki, demokrat ola bilməzlər. Onlar təkcə ölkə daxilində deyil, bəşəri cinayətlər də törədiblər. Bir gecənin içərisində Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edən, əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirən belələrinə demokrat demək olarmı? Faşizm ideologiyasını özündə daşıyan bir dövlət və dövlətin başçıları, demokrat ola bilməzlər!

Cənab Prezident müsahibəsində Ermənistanı bir daha ifşa etdi. Dövlətimizin başçısı dedi: “Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı”.

Ümumiyyətlə, digər dövlətin ərazisini işğal etmiş və bu işğal zamanı minlərlə insanı amansızlıqla qətlə yetirmiş bir dövlət və onun başçıları demokrat ola bilməzlər. Bu ölkənin siyasətində əsas hədəf Azərbaycan və azərbaycanlılardır. Onlar bu nifrətlərini açıq şəkildə büruzə verirlər. Bu da Ermənistanda faşizm ideologiyasına olan hüsn-rəğbətdən irəli gəlir. Dövlət başçısı bu məqamları öz müsahibəsində də açıq şəkildə vurğuladı. Faşizm ideologiyasını özündə daşıyan bir dövlət və dövlətin başçıları, təbii ki, demokrat ola bilməzlər.

“Mən faşizm ideologiyası ilə bağlı bir məsələni də qeyd etmək istərdim. Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törədikləri bütün vəhşiliklər, terror aktları filmlərdə və tarixi sənədlərdə də öz əksini tapıb. Bu vandal aktları öz qəddarlığına görə faşistləri də geridə qoyub. Təəssüf edirəm ki, bütün bunlar özlərini beynəlxalq aləmdə insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatların gözləri qarşısında baş verir. Təəccüblüdür ki, həmin təşkilatlar Azərbaycanda baş verən xırda bir hadisəni dərhal görür və “milçəkdən fil düzəldərək” ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa, guya, insan hüquq və azadlıqlarının pozulması barədə haray-həşir salırlar. Ermənistanın törətdiyi vandal aktları, bir milyondan artıq soydaşımızın hüquqlarını kobud şəkildə pozduğunu isə “görmür” və “eşitmirlər”. Necə deyərlər, həm kor, həm də kar olurlar”, - deyə Ç.Qənizadə bildirib.

Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, açıq ikili standartı Ermənistanı daha da həyasızlaşdırıb. Bu qrupun fəaliyyətsizliyi uzun müddətdir ki, davam edir. Minsk qrupu nə üzərinə düşən vəzifəni yerinə yetirir, nə də bu işdən kənara çəkilir. Artıq beynəlxalq ictimaiyyətdə və tanınmış ekspertlərdə də Minsk qrupuna inam heçə enib. Bu qrup ciddi qınaq hədəfinə çevrilib. Bu inamsızlığı onların fəaliyyətsizliyi yaradıb. 25 ildən artıq bir müddətdə yerində sayan, üzərinə götürdüyü vəzifəni icra edə bilməyən bu qrupa kim inanar? Neçə illərdir ki, ATƏT-in Minsk qrupu Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına əhəmiyyətsiz və hadisəyə dəxli olmayan söz yığımından ibarət bəyanatlarla “münasibət bildirməyə” adət edib. Minsk qrupu belə bəyanatlarla özünü gülünc vəziyyətinə salıb.

1999-cu ildən indiyədək ATƏT-in Minsk qrupu Ermənistanın beynəlxalq hüquq normalarını pozmalarına, ölkəmizə qarşı təxribatlarına, günahsız insanların qətlinə, kəndlərin və digər yaşayış məntəqələrinin yandırılmasına, mədəni tarixi abidələrin yerlə -yeksan edilməsinə qəti mövqe bildirməyib və sanksiya tətbiq etməyib. 1994-cü ildə atəşkəs rejimi tətbiq olunanda tərəflər öz üzərinə öhdəliklər götürdü. 26 ildir ki, Ermənistan tərəfi bu öhdəliyə əməl etmir. ATƏT-in Minsk qrupu da buna biganə yanaşır. Bu da işğalçı ölkəni daha da həyasızlaşdırır. Bu gün də atəşkəs rejimi pozulur, günahsız insanlar qətlə yetirilir. Onların arasında körpə uşaqlar da var. Cənab Prezident də haqlı olaraq öz müsahibəsində beynəlxalq təşkilatları kəskin tənqid edərək dedi ki, haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər.

Ölkə başçısı ikili standart nümayiş etdirən beynəlxalq təşkilatları haqlı olaraq riyakar adlandırdı. Onların riyakarlığının üstünün açıldığını bildirən cənab Prezident dedi ki, artıq heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir. O ölkələr ki, onların qarşısında baş əyir, diz çökür, - Ermənistan kimi, - onların başını sığallayır, o ölkələr ki, özünü ləyaqətli aparır, ayaqda möhkəm durur və özünə qarşı hörmət tələb edir, - Azərbaycan kimi, - onlara hücum edir və hücumun da əsas tezisi insan haqları, demokratiyadır. Əlbəttə ki, bütün bunlar saxta iradlardır. Bizim beynəlxalq arenadakı uğurlarımız onu göstərir ki, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir. Qərəzli beynəlxalq təşkilatların böhtan və qarayaxmalarına baxmayaraq, Azərbaycan tutduğu haqq-ədalət yolunda inamla irəliləyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Mədəniyyətlərarası Dialoq Forumunda Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi mövzusunda müzakirələr aparılıb

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

CNN: Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Qabriela Ramos: Süni intellekt Bakı Forumunun ən vacib mövzularındandır

Türk alim kitabxanaların süni intellektə inteqrasiyası üzrə layihə hazırlayır