ELM VƏ TƏHSİL


ATMU-da “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlim keçirilib

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində növbəti təlim təşkil edilib.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən təlimin gündəliyinə ali təhsili başa vuran, lakin iş tapmaqda çətinlik çəkən məzunlar üçün təcrübə keçmə imkanlarının təşkili, ictimai fəallıqlarının artırılması, sosial fəaliyyətlərinin inkişaf etdirilməsi, savadlı, bacarıqlı gənclərin üzə çıxarılması və s. daxil idi.

Təlimin moderatorları Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Günel Gözəlova, fondun Bakı universitetləri üzrə tələbə koordinatoru, Proqram departamentinin əməkdaşı Con Ayomide və Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov olub. Təlimçilər tələbə və hüquqları, tələbə xidmət mövzularına aydınlıq gətirib, iştirakçıların suallarını cavablandırıblar.

Təlim ATMU-nun Karyera və kommunikasiya şöbəsi tərəfindən təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.