İDMAN
AZƏRBAYCANDA FUTBOLUN INKİŞAFINA DAİR DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİRLƏR PLANI MÜZAKİRƏ EDİLMİŞDİR
Gənclər, İdman və Turizm nazirinin müavini Asif Əsgərov iclası açaraq bildirmişdir ki, nazir Əbülfəz Qarayevin əmri ilə yaradılmış işçi qrupunun tərkibinə müxtəlif nazirliklərin, idman cəmiyyətlərinin və federasiyaların nümayəndələri daxildirlər. Qrup bir ay ərzində təkliflər paketi hazırlamalı, dövlət proqramının yerinə yetirilməsinə dair müxtəlif layihələr təqdim etməlidir.
İclasda Azərbaycan futbolu qarşısında duran kompleks problemlər müzakirə olunmuş, futbol sahəsində hüquqi və normativ layihələrin hazırlanmasına diqqət yetirilmişdir. Dövlət Proqramının həyata keçirilməsində peşəkər futbolun inkişafına, qadınların və əlillərin idmanın bu növü ilə fəal məşğul olmasına daha çox yer ayrılmasından da danışılmışdır. İslasda olkənin futbol stadionlarının pasportlaşdırılmasının keçirilməsinə hazırlıq görülməsinin, yerli və əcnəbi sərmayədarların idman obyektlərinin tikintisinə cəlb olunmasının, futbol hakimləri və məşqçilərinin hazırlanmasının zəruriliyi vurğulanmışdır.