Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANDA VƏTƏNDAŞLARIN HÜQUQ VƏ AZADLIQLARININ TƏMİN EDİLMƏSİNƏ XÜSUSİ DİQQƏT YETİRİLİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV OMBUDSMANLARIN II BEYNƏLXALQ “DƏYİRMİ MASA” İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Prezident sarayında ombudsmanların II Beynəlxalq “dəyirmi masa” iştirakçılarını qəbul etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV ayrı-ayrı ölkələrin ombudsmanlarından ibarət nümayəndə heyətini mehribanlıqla qarşılayaraq dedi:

- Əziz qonaqlar, xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Bilirəm ki, Azərbaycanda ombudsmanların ikinci iclası keçirilir. Bu, ölkəmizin həyatında çox mühüm hadisədir.

Azərbaycanda ombudsman təsisatı bu yaxınlarda yaradılıb və bunun da öz səbəbləri var. Lakin bu təsisat yaradıldığı vaxtdan çox səmərəli fəaliyyət göstərir. İnsan hüquqları məsələsi hər bir ölkə üçün, o cümlədən də Azərbaycan üçün çox mühüm məsələdir. Hüquqi dövlət qurulmasının bizim üçün çox böyük əhəmiyyəti var.

Deməliyəm ki, Azərbaycanın 1 milyondan çox sakini adi insan hüquqlarının pozulmasından əziyyət çəkir. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində onlar qaçqın-köçkünlərə çevrilmiş, ev-eşiklərini itirmişlər. Biz beynəlxalq təşkilatların köməyi ilə onların hüquqlarının bərpa olunması üçün mümkün olan bütün işləri görürük.

Demokratiyanın inkişaf etdirilməsi bizim üçün xüsusilə vacibdir. Biz bu prinsiplərə sadiqik. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra demokratiya yolu ilə gedir, ölkədə demokratik prinsiplərə önəm verilir. Əminəm ki, Azərbaycanda təşkil olunmuş “dəyirmi masa” görüşləri bizim ombudsman təsisatının digər ölkələrin bu cür qurumlarının nümayəndələri ilə daha sıx əlaqələr yaratmsına, habelə, ümumən, ölkəmizin demokratikləşməsinə kömək edəcəkdir.

X X X

Sonra qəbulda ombudsmanların “dəyirmi masa” iştirakçıları çıxış etdilər.

ELMİRA SÜLEYMANOVA (Azərbaycanın insan hüquqları üzrə müvəkkili):

- Hörmətli cənab Prezident.

İcazə verin, ilk öncə, xalqın iradəsi ilə və demokratik, şəffaf seçkilər nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Biz bu gün ombudsmanların II Beynəlxalq “dəyirmi masa” iştirakçılarını qəbul etdiyinizə görə Sizə çox böyük təşəkkürümüzü bildiririk.

MARKO BORSOTTİ (BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi):

-Cənab Prezident, Sizinlə görüşmək bizim üçün böyük şərəfdir. Sizi bu yüksək vəzifəyə seçilməyiniz münasibətilə təbrik etmək istəyirəm. Ombudsmanların II Beynəlxalq “dəyirmi masa” iclasının keçirilməsinə şərait yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Ölkənizlə bizim təşkilat arasında çox gözəl münasibətlər yaranmışdır. Əminəm ki, Sizin Prezidentliyiniz dövründə bu münasibətlər daha da inkişaf edəcəkdir.

CEYMS Lİ: (BMT İnkişaf Proqramının ombudsmanı):

-Prezident seçilməyiniz münasibətilə “dəyirmi masa”nın bütün iştirakçıları adından Sizə təbriklərimi çatdırıram. BMT-nin İnkişaf Proqramının ombudsmanı kimi mən səfərlərimi məxfi saxlayıram. Amma ötən axşam BMTİP-in qlobal forumu keçirildi və rəhbərlik 132 ölkənin nümayəndəsi qarşısında çıxış edirdi. Orada mənim buraya gəlməyimlə bağlı faktı qeyd etdilər. Həm də ombudsmanların görüşməsinin nə dərəcədə əhəmiyyətli olduğu bildirildi. Bunun hamısı BMTİP-in bu işə, demokratik dövlət quruculuğu işinə nə dərəcədə diqqətlə yanaşmasını göstərir. Hazırda ehtiyatları tükənmək üzrə olan dünyamızda bu cür görüşlərin keçirilməsi bizim işimizin əhəmiyyətini artırır. Bir daha rəhbərliyimizin təbriklərini Sizə yetirirəm. Qonaqpərvərliyə görə sağ olun!

KLER LUİS (Beynəlxalq Ombudsman İnstitutunun prezidenti)

-Cənab Prezident, mənim adım Kler Luisdir. Mən Kanadanın Ontario

əyalətinin ombudsmanı və Beynəlxalq Ombudsman İnstitutunun prezidentiyəm. Bu, mənim Azərbaycana bu il ərzində ikinci səfərimdir. Əvvəlcə, iyunda və indi ombudsman Elmira Süleymanovanın qonağı olmuşam. İcazə verin, Sizi Prezident seçilməyiniz münasibətilə təbrik edim və Prezidentlik müddətində uğurlar arzulayım. Burada əyləşmiş ombudsman həmkarlarımın gördüyü işdən valeh olmuşam. Onlar çətinliklərin öhdəsindən, həqiqətən bacarıqla gəlirlər və işlərinə məsuliyyətlə yanaşırlar. Həm burada olmağım, həm də sizin ombudsmanla daimi əlaqələrim əsas verir ki, ölkənizin Konstitusiya qanunu haqqında xoş sözlər deyim. Hökumət olaraq müdrik addım atmısınız, yaxşı ombudsman seçmisiniz. Ombudsmanınız yorulmadan çalışır. Ümumiyyətlə, ombudsmanın işi yorucu da olsa, ölkənin gələcəyi üçün xeyirlidir.

NİKOLAUS ŞVARTSLER (Avropa ombudsmanlar institutunun icraçı direktoru):

- Cənab Prezident. Avropada ombudsmanla bağlı bir sıra qanunları təhlil etmək imkanım olub. Ona görə də buraya dəvət olunanda hansısa tənqidi şərhlər etməyə hazır idim. Amma həm ölkənizə, həm də Sizə deyəcəyim kompliment belədir ki, tənqid eləməyə səbəb tapa bilmədim. Siz də parlamentinizlə fəxr edə bilərsiniz ki, ombudsmanın fəaliyyəti üçün yaxşı qanun hazırlamışdır. Hər hansı bir Avropa ölkəsinin qanunu ilə müqayisədə görərik ki, sizin qanun lazımi səviyyədədir və ombudsmanın fəaliyyət göstərməsi üçün bütün müddəaları nəzərdə tutur.

TATYANA MERZLYAKOVA (Rusiya Federasiyası Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili):

- Hörmətli cənab Prezident!

Hesab edirəm ki, mənə Sizi rusiyalılar adından təbrik etmək kimi böyük şərəf nəsib olmuşdur. Zənnimcə, Sizə aydındır ki, Sverdlovsk vilayətinin insan hüquqları üzrə müvəkkili burada rusiyalılar adından təsadüfən çıxış etmir. Seçkilərdə qələbənizdən keçirdiyimiz səmimi sevinc hisslərini Sizə bir daha yetirmək barədə qubernatorumuzdan və diaspordan tapşırıq almışam. Biz seçkilərlə əlaqədar həyəcan keçirirdik və nəticələrin necə olacağından, həqiqətən, narahat idik. Sonra nələr olduğunu mən Sizə, hər halda, qısaca danışacağam.

Heydər Əliyev ilə Eduard Rosseli nə kimi səmimi münasibətlər bağladığını Siz gözəl bilirsiniz. Bizim baş nazirlərimiz, mədəniyyət nazirlərimiz dostluq edirlər, Elmira Süleymanova ilə kifayət qədər səmimi, mehriban münasibətlərimiz var. Ona görə də biz əvvəllər mövcud olmuş xəttin qorunub saxlanmasını istərdik. Bu, həm mədəni, mənəvi əməkdaşlığa, həm də iqtisadi əməkdaşlığa kömək edir. Ümidvarıq ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir.

Seçkilərdəki qələbənizlə əlaqədar Sverdlovskdakı Azərbaycan diasporunun keçirdiyi sevinc hissindən də danışmaq istərdim. Bu hadisə bizdə bayrama çevrildi, onlar Gənclər sarayını icarəyə götürdülər. Mənə də oraya dəvət edilmək nəsib oldu. Bu, sözün əsl mənasında bayram idi. Bilirsinizmi, mən başqa diasporlarda buna bənzər hadisə görməmişdim. Başqaları öz liderlərinin seçilməsini müxtəlif cür qarşılayırlar. Azərbaycanlılar isə Sizə ürəkdən inanırlar. Orada həm də güclü diaspor var. Diasporu dəstəklədiyinizə görə, respublika Prezidentinə və hökumətinə təşəkkürümü bildirməliyəm. Bu dəstək onların birlikdə işləməsinə, öz ölkəsi və milləti qarşısında məsuliyyəti qoruyub saxlamasına müəyyən dərəcədə kömək edir. Ona görə də Sverdlovsk vilayətində bu diasporun böyük nüfuzu var. Onların bu seçkilərdən hansı nəticələri gözlədikləri barədə məqaləsinin dərc olunduğu qəzeti, - orada onları qubernator da təbrik etmişdir, - mən Elmira Teymurovnaya verdim, bu məqaləni “Azərbaycan” qəzetinə də göndərmişlər. Məqalədə seçkilərin nəticələri barədə səmimi sözlər yazmışlar.

Əməkdaşlığın davam etdiriləcəyinə ümid bəsləyirəm. Mənə Yekaterinburq şəhərində Heydər Əliyev ilə görüşdə iştirak etmək şərəfi nəsib olmuşdur. Ümidvaram ki, orada yeni Prezidentlə keçiriləcək görüşdə də iştirak edəcəyəm.

İLHAM ƏLİYEV: Xoş sözlərə görə çox sağ olun. Fürsətdən istifadə edərək, mənə təbrik göndərdiyinə görə hörmətli qubernatora – cənab Rosselə təşəkkürümü yetirməyinizi xahiş edirəm. Siz doğru dediniz, Heydər Əliyev ilə Eduard Rossel arasında çox mehriban və səmimi münasibətlər yaranmışdır. Bu münasibətlər Azərbaycanla Sverdlovsk vilayəti arasında çox yaxşı əlaqələr yaranmasına xeyli kömək etmişdir. Bizim nümayəndə heyətlərimiz də orada olmuş, sverdlovsklılar da buraya gəlmişlər. Bizim iqtisadi sahədə bir çox birgə proqramlarımız var. Dəstəklərinə və səmimi münasibətlərinə görə Azərbaycan diasporuna da təşəkkürümü yetirməyinizi xahiş edirəm. Bu, mənim üçün çox qiymətlidir. Əlbəttə, onların əksəriyyəti Rusiya vətəndaşı olsa da, Vətənlə əlaqəni kəsmirlər.

Biz xaricdə, o cümlədən Rusiyada yaşayan azərbaycanlıların həyat və fəaliyyətinə böyük diqqət yetiririk. Çox dəyərli haldır ki, onlar da respublika ilə əlaqələri kəsmirlər. Odur ki, biz bacardığımız qədər onlara kömək göstərməyə çalışırıq. Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlər bütün səviyyələrdə çox uğurla inkişaf edir və bunda da prezidentlərimizin böyük xidməti olmuşdur. Mən, öz tərəfimdən, bu siyasəti – Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Ümidvaram ki, biz Bakıda və sizin vətəninizdə hələ çox görüşəcəyik.

Xoş sözlərə görə bir daha təşəkkür edirəm.

FRENK UORTON (Bosniya və Herseqovinanın ombudsmanı):

-Cənab Prezident, mənim adım Frenk Uortondur. Mən İsveçdənəm. Keçmiş İsveç ombudsmanıyam. Hazırda Bosniya-Herseqovinada işləyirəm. Sizdən əvvəl parlamentin spikeri ilə də görüşümüz oldu. Mənim üçün başucalığıdır ki, ölkənizə gəlib işləyirəm. Eyni ilə mənim babam da 100 il bundan qabaq mədən mühəndisi kimi Azərbaycana işləməyə gəlmişdi. Mən Sizə işinizdə uğur arzu edirəm. Ümid edirəm ki, ombudsmanın işinə güclü dəstək verəcəksiniz və insan haqları və qanunun aliliyi kimi sözlər, sadəcə, beynəlxalq konfranslarda deyilən boş sözlər olmayacaqdır. Bunlar ölkədə adi adamların həyatında həqiqətən yer tuta biləcəkdir. Çox sağ olun.

İLHAM ƏLİYEV: Çox sağ olun. Belə çıxır ki, sizin babanızı da bizim ölkə ilə tellər bağlamışdır. Sizin ölkədən başqa adamlar da ötən əsrin əvvəllərində burada işləyiblər. Bunlar bizim yadımızdadır. Nobellər ailəsinin burada işləməsi hamının xatirindədir. Keçən il Nobel ailəsinin üzvləri, haradasa 30-a yaxın adam ölkəmizə gəlmişdi. Planımız var ki, Nobellərin Bakıdakı evini yenidən təmir edək.

Mənə deyilib ki, ombudsmanlıq ilk dəfə elə İsveçdə yaranmışdır. Əminəm ki, bizim ölkədə insan haqları, qanunun aliliyi qorunacaqdır. Biz bu strategiyanı seçmişik və bu yolda irəliləyəcəyik. Hökumət də, Prezident kimi mən də həmişə ombudsmanın işinə yardım edəcəyik. Bizim ölkədə də hamı bu fikirdədir. Sizdən də eşitmək çox xoşdur ki, xanım Süleymanova bizim ölkənin xalqı üçün çox gözəl iş görür. İstərdim ki, xoş sözlərinizə görə hamınıza təşəkkürümü bildirim. Ümid edirəm ki, buradakı işiniz uğurlu oldu, işinizi tamamladınız. Arzu edirəm ki, hər biriniz ölkənizə Azərbaycanla bağlı xoş xatirələr aparasınız, sizi burada bir daha qəbul etməkdən xoşbəxt olarıq. Çox sağ olun.

ALİNA YANUÇENKO (Moldovanın insan hüquqları üzrə müvəkkili):

- Cənab Prezident, mən Moldovanı təmsil edirəm. İnanın ki, Azərbaycanda seçkilərin gedişini, Sverdlovsk vilayətində olduğu kimi, ölkəmizdə də böyük maraqla izləyirdilər. Sizin televiziya ekranındakı surətiniz, seçkiqabağı kampaniya zamanı davranışınız və seçkilərin nəticələri sübut edir ki, bu, xalqın iradəsi idi. Ona görə də Prezident seçilməyiniz münasibətilə mən Sizi və xalqınızı təbrik edirəm. Aradan 1 ay 6 gün keçdikdən sonra ombudsmanlarla görüşməyi lazım bilməyinizin çox rəmzi mənası var. Zənnimcə, artıq bu gün ölkənizin taleyi aydındır. Bu yol nurlu və demokratik yoldur. Prezident seçilməyiniz münasibətilə Sizi Moldovada birincilər sırasında şəxsən təbrik etməyimə çox şadam. Sizə böyük uğurlar arzulayıram.

İLHAM ƏLİYEV: Çox şağ olun. Əlavə edə bilərəm ki, bizdə seçkilər oktyabrın 15-də olmuşdur, lakin mən vəzifəyə oktyabrın 31-də başlamışam. Bu, belə mötəbər nümayəndə heyəti ilə ilk görüşümdür. Doğrudur, mən artıq müxtəlif nümayəndələrlə görüşlər keçirmişəm. Amma belə beynəlxalq heyətlə ilk dəfə görüşürəm. Çox şadam ki, bunu Siz də əlamətdar hadisə kimi qiymətləndirirsiniz. Bu, həqiqətən, belədir. Azərbaycanda insan hüquqları məsələlərinə bundan sonra da çox böyük əhəmiyyət veriləcəkdir. Xoş sözlərə görə sağ olun.

RİMANTE SALASEVİÇYUTE (Litvanın insan hüquqları üzrə müvəkkili):

- Cənab Prezident. Təbriklərə mən də qoşuluram.

Mən Litvanın ombudsmanıyam, moldovalı həmkarımın fikrini davam etdirərək, demək istəyirəm ki, bizi qəbul etməyiniz məni, həqiqətən, təəccübləndirdi. Tədbirimizə və bizə diqqət yetirməyinizə çox təəccübləndim. Sizin ombudsmanın – Elmira Süleymanovanın fəaliyyətinə gəldikdə isə, o, həqiqətən, tərifəlayiqdir. Mən öz təsisatımızda artıq 10-cu ildir işləyirəm, 8 il müşavir işləmişəm, indi isə ombudsmanam. İnsanlar arasında belə etimada və diqqətə, habelə nüfuza ombudsmanlarımız, görünür, hələ nail olmayıblar. Elmiraya təkcə onu deməyə macal tapmadım ki, biz ona həmişə kömək edəcəyik, çünki işçilərimiz təcrübəlidirlər. Ombudsmanların özləri isə ondan öyrənməlidirlər.

İLHAM ƏLİYEV: Bütün bunları eşitmək çox xoşdur. Bu, həqiqətən, belədir. Bizdə Elmira xanım çox böyük nüfuza malikdir. Çox böyük iş aparır və insanlar bunu qiymətləndirirlər.

Sizdə ombudsman təsisatı nə vaxt yaradılıb? RİMANTE SALASEVİÇYUTE: Bizdə qanun 1994-cü ilin dekabrında qəbul edilib, ofis isə 1995-ci ilin martından işləməyə başlayıbdır. Belə ki, stajımız böyükdür. İlk vaxtlar nüfuzumuz yüksək idi, lakin sonralar bir qədər aşağı düşdü, indi, deyəsən, onu yenidən yüksəltməyə çalışırıq.

TURSUNBAY BAKİR (Qırğızıstanın insan hüquqları üzrə müvəkkili):

- Hörmətli cənab Prezident, Sizi qırğız xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Biz bilirik ki, parlament seçkiləri ilə müqayisədə prezident seçkiləri çox çətindir. Mən bunu seçkilərdə dəfələrlə iştirak etmiş bir adam kimi deyirəm. Buna görə də çox sağ olun ki, seçkilərdən sonra yorğunluğunuzu almadan, bütün ölkələrin ombudsmanları və beynəlxalq ekspertlərlə görüşməyə vaxt tapdınız.

Hesab edirəm, tale bizi xoşbəxt etmişdir ki, canlı əfsanələrin şahidiyik. Sizin atanız Heydər Əlirza oğlu bizim hamımız üçün canlı əfsanədir. Xahiş edirəm, bizim ən xoş arzularımızı, uzun ömür, cansağlığı diləklərimizi ona çatdırasınız. Sizə də uğurlar arzulayırıq, çünki biz Azərbaycanın və Azərbaycan xalqının təəssübünü çəkirik.

Mən ötən ildən ombudsmanam və düşünürəm ki, bu işdə mənim yol göstərənim böyük bacım Elmira xanımdır. O, Sizin köməyinizlə böyük uğurlar qazanmışdır. Əgər dövlət, iqtidar ombudsmana diqqət yetirmirsə, onda onun işləməsi çox çətindir. Sizin Elmira xanıma göstərdiyiniz və bizim şahidi olduğumuz diqqət isə MDB ölkələri üçün örnəkdir. Çox sağ olun, Sizə və Azərbaycan xalqına uğurlar arzulayıram.

İLHAM ƏLİYEV: Çox sağ olun. Qırğızıstandakı qardaşlarımıza və Prezident Əsgər Akayevə mənim ən xoş arzularımı çatdırın. Bizi tarixi qardaşlıq və dostluq telləri bağlayır. Prezidentimiz haqqında Sizdən belə sözlər eşitmək mənim üçün, əlbəttə, çox xoşdur. Heydər Əliyev rəhbərlikdə olduğu bütün dövrlərdə - sovet dövründə də, müstəqillik illərində də Azərbaycanın inkişafına əvəzsiz töhfə vermişdir. 1970-ci illərdə, sonra isə 1990-cı illərdə onun bütün fəaliyyəti xalqın rifahına yönəlmişdi. Keçmişdə başqa sistem, başqa qaydalar mövcud idi. Lakin bütün sənaye, o cümlədən neft sənayesi həmin illərdə yaranmışdı. Mərkəzin ehtiyatlarından bacarıqla istifadə edilməklə, Azərbaycanda müxtəlif kənd təsərrüfatı və sənaye müəssisələri yaradılırdı. Bütün bunlar müstəqil Azərbaycanın inkişafı üçün yaxşı təməl oldu. Ölkəyə başçılıq etmək etibar olunanların hamısının vəzifəsi onun siyasətini bundan sonra da şərəflə və vicdanla davam etdirməkdir. Mən bunu edəcəyəm. Ötən seçkilər bir daha sübut etdi ki, Azərbaycanda Heydər Əliyev siyhasətinin alternativi yoxdur. Bizim vəzifəmiz bu siyasəti davam və inkişaf etdirməkdir.

TURSUNBAY BAKİR: Orta Asiya və Qafqaz yaxın regionlar olduğuna görə bir kompliment deyim. Bu gün müxbirlərin çoxu belə bir sual verir ki, sizdə hakimiyyətin atadan oğula keçməsi təcrübəsi mümkündürmü? Cavab verirəm, əgər oğul ataya layiqdirsə, onda mümkündür. Mən hesab edirəm ki, Siz buna layiqsiniz.

İLHAM ƏLİYEV: Çox sağ olun. Lakin bu, Azərbaycan təcrübəsi deyildir. Bu təcrübə digər ölkələrdə başlanmışdır. Sadəcə olaraq, bu, Azərbaycanda da baş verdi, lakin təşəbbüskarı biz deyilik.

TEYMURAZ LOMSADZE (Gürcüstanın insan hüquqları üzrə müvəkkili):

- Hörmətli cənab Prezident.

Mən Gürcüstanı təmsil edirəm. Bakıda olmağıma ürəkdən şadam. Bir də ona görə şadam ki, yaxın qonşunun və dostların nümayəndəsi kimi mən Sizi Prezident seçilməyiniz münasibətilə təbrik etmək imkanına malikəm. Qəti əminəm ki, Azərbaycanda insan hüquqları, əvvəllər olduğu kimi, yenə də qorunacaqdır.

XXI əsrdə insan hüquqları ən böyük dəyərlərdən biridir. Bu sahədə ilk ombudsmandan çox şey asılıdır. Azərbaycanda ilk ombudsman Elmira xanım oldu. Ombudsman təsisatının bünövrəsinin qoyulmasının gələcək işdə böyük əhəmiyyəti var.

Qəbula görə sağ olun.

MARAT YUSUPOV (Özbəkistanın insan hüquqları üzrə müvəkkili):

- Cənab Prezident, qardaş xalqın torpağında olduğum bir vaxtda Sizi belə gözəl xalqın rəhbəri seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək imkanına görə özümü xoşbəxt sayıram.

Biz dövlət başçısının Azərbaycanda demokratik təsisatlara böyük qayğı göstərdiyini hər an duyurduq. Həm də burada çox şey öyrəndik. Azərbaycanda baş verən demokratik dəyişikliklərdən xoşhal olduq. Paytaxtınızda çoxlu yeni tikililər, bol xalq istehlakı malları da gördük. Qiymətlər də nisbətən ucuzdur. Azərbaycan xalqının öz Prezidentinə necə böyük etimad və hörmət bəslədiyini dərhal başa düşdük. Bu, seçkilərdə səsvermənin nəticələrindən də görünürdü.

Sonda Sizə və özbək xalqının böyük dostu Heydər Əliyeviçə möhkəm cansağlığı arzulamaq istəyirəm.

EDUARD PAVLENKO (Ukraynanın insan hüquqları üzrə müvəkkili):

- Hörmətli cənab Prezident, mən Ukraynanı təmsil edirəm. Həmkarlarımın çıxışlarına dərhal qoşulmaq, təkcə öz səmimi təşəkkürümü deyil, həm də Ukrayna xalqının təbriklərini ifadə etmək istəyirəm. Biz seçkilər zamanı baş verən hadisələri həyəcanla izləyirdik. Atanızın necə əfsanəvi şəxsiyyət olduğunu bildiyimizə görə, əlbəttə, inanırdıq ki, oğlu onun siyasətini mütləq davam etdirəcəkdir. Ona görə də mən buraya gəlməyə hazırlaşarkən parlamentdəki, Prezidentin İcra Aparatındakı və hökumətdəki həmkarlarım ən xoş arzularını Sizə yetirməyimi xahiş edirdilər.

Ukraynada bu problemlərlə 6 ildən bəri məşğul olan insan kimi demək istəyirəm ki, ombudsmana belə şərait yaradılması mənim üçün böyük fərəhdir. Eyni zamanda, ümidvar olduğumu bildirmək istəyirəm ki, ombudsmanın və Prezidentin münasibətləri səmərəli, konstruktiv olacaq və Bakıya bir daha gələrəmsə, mənə Sizinlə görüşmək səadəti nəsib olacaqdır.

SERGEY SİROTKİN (BMT İnkişaf Proqramının Avropa ofisinin

nümayəndəsi):

- Cənab Prezident, mən BMTİP-in demokratik idarəçiliyin dəstəklənməsi üzrə regional ofisində işləyirəm. Həmkarlarım Marko Borsotti və Ceyms Li bu təşkilatın rəsmi mövqeyini ifadə etdilər. Mən isə, fürsət düşmüşkən, Sizi seçkilərdəki qələbəniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. İş cədvəlinizin gərgin olmasına baxmayaraq, vaxt tapıb, bizi qəbul etməyiniz əlamətdar hadisədir. Mən bunu insan hüquqları probleminə diqqət kimi qiymətləndirirəm.

BMTİP insan hüquqları üzrə səmərəli milli təsisatlar yaradılmasına həmişə diqqət yetirir. Bu bir neçə gündə burada öyrənə bildiklərimiz tam aydınlıqla sübut edir ki, Azərbaycanda bu istiqamətdə uğurlu addımlar atılmışdır. Mən Sizə və insan hüquqları üzrə sağ əliniz olan hörmətli Elmira xanıma uğurlar arzulayıram.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV qəbulda çıxış edən insan hüquqları üzrə müvəkkillərə və beynəlxalq ekspertlərə təşəkkürünü bildirərək dedi:

- Əziz dostlar, xoş sözlərə görə sağ olun. Mənə bu tədbir barədə məlumat verdilər və sizinlə görüşmək istədim. Bunun əlamətdar hadisə olması barədə sizin fikrinizlə razıyam.

Azərbaycan müvəffəqiyyətlə inkişaf edir. İqtisadiyyat inkişaf edir, ölkə siyasi sahədə mövqelərini möhkəmləndirir, regional siyasətin ciddi mərkəzinə çevrilir. Lakin ölkənin dinamik və hərtərəfli inkişafı, iqtisadi nailiyyətlər nə qədər təsiredici olsa da, insan hüquqlarına əməl edilmədən vətəndaş cəmiyyəti yaratmaq və demokratiyanı inkişaf etdirmək mümkün deyildir. Biz hamımız tarixin dərslərini bilirik. Tarixdə iqtisadi baxımdan çox firavan görünən ölkələr olmuşdur, lakin orada hökm sürmüş qarşılıqlı siyasi münasibətlər, dövlət idarəçiliyi formaları üzündən bu ölkələr uğur qazanmamışlar, bəzən isə varlıqlarına, sadəcə olaraq, son qoyulmuşdur. Ona görə də biz bu məsələlərə böyük diqqət yetirmək lazımdır deyəndə, bunlar heç də, sadəcə, gəlişi gözəl sözlər deyildir.

Mən bu vəzifəyə seçilməzdən əvvəl də seçkiqabağı çıxışlarımda buna çoxlu diqqət yetirirdim, indi də yetirirəm və gələcəkdə də yetirəcəyəm. Bu, yenə də ona dəlalət edir ki, bu, seçkiqabağı texnologiyaların təzahürü deyil, məhz səmimi əqidədir. Mən bu fikirdəyəm ki, ölkəmizin davamlı və uzunmüddətli inkişafı, bütün digər cəhətlərlə yanaşı, ilk növbədə, demokratiyanın inkişaf səviyyəsindən və hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsindən asılıdır. Əlbəttə, danışmaq, ümumən, asandır, amma hər bir konkret məsələni nəzərdən keçirdikdə, bu hüquqların təmin edilməsinin bəzən nə qədər çətin olduğunu görürük.

Bizim ombudsman Elmira xanım haqqında sizdən yaxşı sözlər eşitmək mənə çox xoşdur. Dediyim kimi, onun böyük nüfuzu və hörməti var. Belə də olmalıdır, çünki bu məsələlərlə məşğul olan insan hər bir konkret halda onları nüfuzla həll etməlidir. Onun hər hansı qapını açmaq və ümdə məsələləri həll etmək imkanı olmalıdır.

Təbriklərinizə, xoş sözlərinizə görə sizə çox minnətdaram. Düşünürəm ki, Azərbaycan gələcəkdə bu yolla qətiyyətlə gedəcəkdir. Əlbəttə, ümidvaram ki, əlaqələrimiz davam edəcəkdir. Əlaqələrimiz qarşılıqlı təcrübə mübadiləsi baxımından gərəkdir. Müxtəlif ölkələrdən olan adamlar nə qədər tez-tez görüşsələr, bir-birini də bir o qədər yaxşı başa düşərlər. Sizə və ölkələrinizə uğurlar arzulamaq istəyirəm. Ümidvaram ki, biz gələcəkdə də əməkdaşlıq edəcəyik.

X X X

Qəbulda Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək