İQTİSADİYYAT
AZƏRBAYCANLA BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN YAXŞI ZƏMİN VARDIR
Xarici İşlər Nazirliyindən müxbirimizə bildirmişlər ki, səfərdən məqsəd ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparmaqdır. Nümayəndə heyəti Vergilər və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirirlər. Bu görüşlərdə “Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Konvensiya” və “Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında sərmayələrin təşviq edilməsi və qarşılıqlı qorunması haqqında Saziş” layihələri müzakirə edilir.
İşçi qrupları adları çəkilən layihələr üzrə tam razılığa gəldikdən sonra hökumətlərarası saziş imzalanacaqdır.
Səfər avqustun 15-də başa çatacaqdır.