İQTİSADİYYAT
AZƏRBAYCAN DRES HEYDƏR ƏLİYEV ZƏKASININ BƏHRƏSİDİR
Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının 22 yaşı tamam olur. Bütövlükdə, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev zəkasının bəhrəsi olan bu stansiya işə düşdüyü 1981-ci ilin noyabrından indiyədək 187 milyard kVt/saat elektrik enerjisi istehsal edib. Cari ilin ötən aylarında nəzərdə tutulan 8 milyard 239 milyon kVt/saat əvəzinə 8 milyard 331 milyon kVt/saat enerji istehsal olunmuşdur. Enerji bloklarının etibarlılıq göstəriciləri də yüksəlmişdir. Əgər keçən il stansiyada 82 dəfə növbədənkənar açılma baş vermişdisə, hazırda bu, 32 dəfəyə enmişdir.
Stansiyanın direktoru Şıxməmməd Aslanov AZƏRTAC-ın müxbirinə demişdir ki, milli energetikamızın bayraqdarı sayılan Azərbaycan DRES-in qarşıdakı qış mövsümündə ahəngdar işini etibarlı təmin etmək üçün bütün zəruri tədbirlər görülmüşdür.