AZƏRBAYCAN-HİNDİSTAN ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜÇÜN ƏHƏMİYYƏTLİ RAZILIQ ƏLDƏ OLUNMUŞDUR
AzerTAg.az
Hindistanın İxracatçılar Təşkilatları Federasiyasının baş direktoru Q.Balaçandranın rəhbərliyi ilə bu ölkənin iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri başa çatmışdır.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd Azərbaycan iqtisadiyyatı ilə yaxından tanışlıq və qarşılıqlı əlaqələrin genişləndirilməsi yollarının araşdırılması olmuşdur.
Hindistanın kimya, əczaçılıq, avtomobil hissələrinin, baytarlıq preparatlarının, elektron cihazlarının, ayaqqabı istehsalı və s. sahələr üzrə 20-yə yaxın şirkətin təmsilçilərinin daxil olduğu nümayəndə heyəti 70-ə yaxın Azərbaycan sahibkarının iştirakı ilə tanışlıq xarakterli görüşdə iştirak etmişlər. Onlar azəbaycanlı həmkarları ilə Azərbaycan-Hindistan iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əhəmiyyətli razılığa gəlmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var