MƏDƏNİYYƏT
AZƏRBAYCAN İSTİQLAL MUZEYİNDƏ HEYDƏR ƏLİYEVİN AD GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Muzeyin direktoru Azadə Hüseynova tədbiri açaraq xalqımızın son 34 illik tarixində ulu öndərimizin əvəzsiz xidmətlərindən, Azərbaycanın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi uğurlu siyasətindən danışmışdır.
Azərbaycan Dövlət Sərhəd Xitməti, Bakı muzeyləri nümayəndələrinin iştirak etdikləri yığıncaqda mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov və başqaları çıxış edərək Heydər Əliyevin hakimiyyətə qayıdışından, müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunub saxlanılması və dünyaya inteqrasiyası istiqamətində gördüyü işlərdən ətraflı söz açmışlar.
Bülbül adına orta ixtisas müsiqi məktəbi şagirdləri musiqi nömrələri ifa etmiş, Bakı Özəl Türk litseyində təhsil alan məktəblilər Azərbaycan şairlərinin ümummilli liderimizə həsr etdikləri şerləri söyləmişlər.
Yığıncaq iştirakçıları 1969-cu ildən 1982-ci ilə qədər ulu öndərimizə təqdim olunmuş hədiyyələrin nümayiş etdirildiyi sərgiyə baxmışlar.