RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN AZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİLƏRİ TONİ LLOYD VƏ ANDRES HERKELİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkeli qəbul etmişdir.
Görüşdə Azərbaycanda gedən demokratikləşmə prosesləri, ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıldı.