Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ

JURNALİST: Cənab İlham Əliyev, sizi Baş nazir təyin olunmağınız münasibəti ilə təbrik edirik. Sizə yeni vəzifənizdə uğurlar arzulayırıq.

İLHAM ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

SUAL: Cənab İlham Əliyev, siz Baş nazir vəzifəsinə təyin olunmağın yekdilliklə dəstəklənəcəyini gözləyirdinizmi? Bu nəticədən məmnunsunuzmu?

CAVAB: Əlbəttə ki, çox məmnunam. Doğrusu, yekdilliklə mənə səs verəcəklərini gözləmirdim. Bilirsiniz ki, bizim parlamentdə bir çox partiyaların, o cümlədən müxalifətin və bitərəflərin nümayəndələri təmsil olunurlar. Buna baxmayaraq, mən yekdilliklə bu vəzifəyə təsdiq olundum və buna görə mənə səs verənlərə təşəkkür edirəm.

SUAL: Cənab İlham Əliyev, ilk olaraq hansı addımlar atacaqsınız?

CAVAB: İlk növbədə onu deyə bilərəm ki, Prezident Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyəm. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatında böyük uğurlar əldə edilib, ciddi nailiyyətlərimiz var. Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir və bunun nəticəsində ölkəmiz əsaslı şəkildə inkişaf edir. Hesab edirəm ki, qazandığımız təcrübəni və mövcud potensialı daha da genişləndirmək lazımdır. Hamımızın məqsədi bundan istifadə edib Azərbaycanı qüdrətli, güclü dövlətə çevirməkdir. Biz buna nail oluruq və mən də gələcək fəaliyyətimdə bu amala xidmət edəcəyəm. Mənim iqtisadi sahədə də kifayət qədər biliyim var. Məsələləri daha dərindən təhlil edib, konkret addımlar atacağıq.

SUAL: Hökumətin tərkibində hər hansı bir dəyişiklik olacaqmı?

CAVAB: Hökumətdə heç bir dəyişiklik olmayacaq. Bilirsiniz ki, belə dəyişikliklərin edilməsi cənab Prezidentin səlahiyyətindədir. Hesab edirəm ki, bizim əsas məqsədimiz yaranmış iqtisadi sabitliyi qoruyub saxlamaq və bu istiqamətdə irəliləməkdir. Mən hansısa kəskin hərəkətlərin tərəfdarı deyiləm. Hesab edirəm ki, hər şey tədricən həll olunmalıdır.

SUAL: İlham müəllim, siz cənab Prezidentə parlamentin qərarı barədə məlumat verəcəksinizmi? Yəqin ki, möhtərəm Heydər Əliyev buna çox sevinəcəkdir. Cənab Prezidentin səhhəti və Vətənə qayıtması ilə bağlı nə deyə bilərsiniz?

CAVAB: Təbii ki, mən buradan çıxandan sonra cənab Prezidentə zəng vuracam və inanıram ki, o, buna ürəkdən sevinəcəkdir. Onu da deyim ki, cənab Prezidentin səhhəti yaxşıdır, müalicəsi davam edir. Onun Vətənə qayıtması barədə təkliflər var idi, bir neçə gün bundan əvvəl cənab Prezident qayıtmaq istəyirdi. Amma yenidən bəzi müayinələrdən keçməsi üçün qalması məsləhət görüldü. İnanıram ki, yaxın gələcəkdə Vətənə qayıdacaqdır.

SUAL: İlham müəllim, Milli Olimpiya Komitəsinin prezidenti kim olacaq?

CAVAB: Hesab edirəm ki, mən bu vəzifəni də icra edə bilərəm. Onu da deməliyəm ki, səkkiz ildir Milli Məclisin deputatıyam, bu bina mənim üçün doğma bir evdir. Deputat yoldaşlarıma minnətdarlığımı bildirirəm ki, onlar bu məsələyə müsbət münasibət bildirdilər. Əlbəttə ki, mən gələcək fəaliyyətimdə çalışacağam ki, bu yüksək etimadı doğruldam. Mən bu vaxta qədər çalışmışam ki, tapşırılan vəzifələrin öhdəsindən ləyaqətlə gəlim, mənə göstərilən etimada layiq olum. Siz özünüz də gördünüz, burada da səsləndi ki, mənə tapşırılan vəzifələri necə ləyaqətlə yerinə yetirmişəm. Hesab edirəm ki, bu vəzifədə də gözəl nailiyyətlər əldə edəcəyəm.

SUAL: Siz Baş nazir təyin edildikdən sonra yəqin bəziləri deyəcəklər ki, Prezident Heydər Əliyev elə bir vəziyyətdədir ki, onun siyasi xəttinin davam etdirilməsinə möhkəm təminat verəcək etibarlı əlin olmasına kəskin zərurət yaranmışdır. Siz bu arqumenti təkzib etməli olsanız, bunu necə edərdiniz?

CAVAB: Hər bir insanın öz fikri ola bilər. Mən şərh vermək fikrində deyiləm. Müxtəlif fikirlər, kifayət qədər saxtakarlıq olacaqdır. Ona görə də hesab edirəm ki, mənim üçün başlıcası, diqqəti bu gün mənə həvalə olunan vəzifənin üzərində cəmləşdirməkdir. Bu, çox böyük məsuliyyətdir. Mən, ilk növbədə, bu barədə düşünməliyəm. O ki qaldı bunu kimin necə qəbul edəcəyinə, bu, məni o qədər də düşündürmür.

JURNALİST: Çox sağ olun, Sizə uğurlar arzulayırıq.

İLHAM ƏLİYEV: Siz də sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur