Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AŞQABADA SƏFƏRİ

Aprelin 24-də səhər Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü öz işini qapalı iclasda davam etdirdi. 

Günortadan sonra isə Aşqabad zirvə görüşünün açıq iclası oldu. Türkmənistan Prezidenti Saparmurad Niyazov, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çıxış edərək, Aşqabad zirvə görüşünün Xəzərin mehriban qonşuluq, əməkdaşlıq, dostluq, sülh və təhlükəsizlik dənizi olması üçün böyük əhəmiyyət daşıdığını nəzərə çarpdırdılar.

Aşqabad zirvə görüşü başa çatdı. Xəzəryanı ölkələrin dövlət başçıları zirvə görüşündən xatirə olaraq birgə fotoşəkil çəkdirdilər.

X X X

Həmin gün Aşqabadda “Ruhiyyət” sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü oldu.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə prezidentlər müxtəlif səviyyələrdə on ildən bəri aparılmış danışıqlardan, müzakirələrdən sonra Xəzərin problemləri ilə əlaqədar Aşqabadda keçirilən zirvə görüşünün faydalı olduğunu, belə yüksək səviyyədə görüşlərin müntəzəm keçirilməsinin zəruriliyini bildirdilər.

Dövlət başçıları Rusiya Prezidentinin Azərbaycana, Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfərlərindən sonra ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə başlanmış dialoqun davam etdirilməsinin vacib olduğunu xüsusi vurğuladılar.

Prezidentlər bölgədə vəziyyət və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi apardılar.

X X X

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıya yola düşdü. Aşqabadın Türkmənbaşı beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin önündən keçdi. Milli geyimli qızlar dövlətimizin başçısına gül dəstələri təqdim etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyevi Türkmənistanın mədəniyyət naziri Orazgəldi Aydoğdıyev və digər rəsmi şəxslər yola saldılar.

X X X

Dövlətimizin başçısı elə həmin gün Bakıya gəldi.

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV Binə hava limanında jurnalistlərə müsahibə verdi:

- Xoş gördük. Dünən görüşmüşük, bu gün də görüşürük. Görürsünüz, Azərbaycan Prezidenti jurnalistlərlə necə tez-tez görüşür.

Təbii, siz maraqlanırsınız, bilirəm ki, bəzi məlumatlarınız da var. Ona görə mən geniş məlumat vermək məqsədində deyiləm. Mən hesab edirəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının birinci görüşü, Aşqabad sammiti çox əhəmiyyətli bir hadisə oldu və bizə böyük imkanlar verdi ki, son illər Xəzərin statusu ilə əlaqədar olan müzakirələr, məsələlər haqqında öz mövqeylərimizi, öz fikirlərimizi bildirək və bunları müzakirə edək. Bu da alındı. Ona görə hesab edirəm ki, sammit baş tutubdur. Yenə deyirəm, mən bunu mühüm hadisə hesab edirəm.

Əsas ondan ibarətdir ki, orada hər bir dövlət başçısı öz ölkəsinin Xəzərə aid və Xəzərin statusuna aid fikirlərini bildirdi. Mən orada dünən də demişdim, bu gün də qapalı iclasda dedim ki, Xəzərin statusu təkcə Xəzərin dibinin bölünməsindən ibarət deyil, Xəzərin problemləri var. Xəzərin ən böyük problemi ekologiya problemidir. Çünki Xəzər dənizi kimi dünyada bənzəri olmayan nadir bir dəniz, təəssüflər olsun ki, çox çirklənir. Keçmişdə də çirklənibdir, amma indi daha da çox çirklənir. Xəzərin statusunun müəyyən edilməsi bu məsələnin həlli ilə bağlı olmalıdır.

Yaxud da ki, Xəzərin bioloji ehtiyatları. Xəzərdə olan nadir balıqlar get-gedə azalır, onların məhv olmaq təhlükəsi var. Bununla da ciddi məşğul olmaq lazımdır. Xəzərdə gəmiçilik məsələsi də var. Bunlarla bərabər, indi bu dəqiqə çox aktual olan məsələ - Xəzərin mineral ehtiyatlarının istifadə olunmasıdır. Bunlardan istifadə olunur, o cümlədən Azərbaycan tərəfindən. Xəzərin sektorlara bölünməsi, yəni Xəzərin statusunun müəyyən edilməsi ondan ibarətdir ki, gərək müəyyənləşdirilsin ki, hansı ölkə hansı sərhəddə öz işini apara bilər. Bunda da indiyə qədər əldə olunmuş təcrübə var. Beynəlxalq hüquq normalarına uyğun olan orta xətt prinsipi var və bu, əsas götürülməlidir. Əlbəttə, biz bu barədə öz mövqeyimizi orada bildirdik.

Müzakirələr çox oldu. Bizim açıq iclasımızda müzakirə olmadı, orada çoxlu mətbuat nümayəndələri var idi. Amma ondan sonra qapalı iclasımızda geniş müzakirə oldu və əvvəldən nəzərdə tutulmuşdu ki, bir bəyannamə imzalansın. O da bir neçə vaxtdır hazırlanırdı.

Nəhayət, aprelin 22-də qərar qəbul olunmuşdu ki, ekspertlər qrupu ayrıca görüşsünlər, bu bəyannamənin layihəsini hazırlasınlar. Onlar da görüşmüşdülər, hazırlamışdılar. Belə bir bəyannamə layihəsi var idi. Ancaq sonra qapalı iclasda biz bəyannamə layihəsini müzakirə edərkən bir neçə məsələlər çox mübahisəli oldu. Ona görə dövlət başçıları qərara gəldilər ki, ekspertlər qrupuna tapşırılsın ki, gecə səhərə qədər işləsinlər, bu hazır olsun və səhər biz bəyannamənin layihəsinə baxaq və onu imzalayaq. Onlar gecə saat beşə qədər işləmiş, əvvəlki mətni, variantı müəyyən qədər təkmilləşdirmişdilər. Ancaq təkmilləşmiş variant da bəzi mübahisələr doğurdu. Ona görə bu gün bizim qapalı iclasımız beş saat çəkdi.

Mübahisələr olduğuna görə, bir fikrə gələ bilmədiyimizə görə belə qərara alındı ki, bəyannamə qəbul edilməsin. Elə sammitin keçirilməsinin özü çox əhəmiyyətli hadisədir və bu, gələcəkdə belə görüşlərimizin tez-tez keçirilməsi üçün bir başlanğıcdır. Qərara gəldik ki, hər ölkə üzrə Xarici İşlər Nazirliklərinə tapşıraq, onlar bu bəyannamənin üzərində işləsinlər. Hazır olan zaman biz baxmalıyıq. Əgər hamı onunla razı olsa, toplaşıb bunu imzalaya bilərik.

SUAL: Cənab Prezident, Saparmurad Niyazovun “Xəzərdən qan iyi gəlir” fikrinə münasibət bildirməyinizi xahiş edirəm. Bu, regiondakı vəziyyətin gərginləşməsinə gətirib çıxarmayacaq?

CAVAB: Bilirsiniz, sizdən xahiş edirəm, mənə bu sualları verməyin. Mən bunların heç birinə cavab verməyəcəyəm. Təyyarədə mənə dedilər ki, bizim bəzi qəzetlərdə yenə də, - bu məsələ qurtarmır, - mən buraya gəlməmiş bir çox şeylər yazıblar. Nə bunlara cavab verəcəyəm, nə də bu barədə mübahisəyə keçəcəyəm.

SUAL: Cənab Prezident, Saparmurad Niyazov dedi ki, o necə statusdur ki, Azərbaycan Xəzər sahillərindən 184 kilometr uzaqda, Türkmənistandan 84 kilometr uzaqda iş aparır. Bu, nə dərəcədə əsaslandırılıbdır?

CAVAB: Mən təəssüf edirəm ki, o, bu fikirləri mətbuatın yanında deyir. Amma bu, onun fikridir. Dünyada qəbul olunmuş beynəlxalq hüquq normalarına əsaslanan orta xətt prinsipi var. O isə orta xətt prinsipini kənara qoyur, özü nə cür düşünür, o cür də xətt çəkir. O, çəkilən xəttə görə həmin məsafələri deyir. Belədir, fikir ayrılığıdır.

SUAL: Cənab Prezident, növbəti görüşün vaxtı müəyyənləşibmi?

CAVAB: Yox, müəyyənləşməyibdir. Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun

və Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Mədəniyyətlərarası Dialoq Forumunda Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi mövzusunda müzakirələr aparılıb

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

CNN: Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Qabriela Ramos: Süni intellekt Bakı Forumunun ən vacib mövzularındandır

Türk alim kitabxanaların süni intellektə inteqrasiyası üzrə layihə hazırlayır