RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Artıq hər bir kəsə məlumdur ki, milli mədəniyyətimizə qayğı və diqqət Sizin həyat amalınıza çevrilmişdir. Elə bir ay öncə incəsənət xadimlərinin əmək haqlarını artırmaq barədə Sərəncamınızı respublikanın mədəniyyət və incəsənət xadimləri çox böyük minnətdarlıq hissi ilə qarşılamışdılar. Bu gün isə Prezident mükafatlarının verilməsi haqqındakı Sərəncamınız bizim sevincimizi daha da artırmışdır.
Hörmətli Heydər Əlirza oğlu!
Prezident mükafatına layiq görülməyim təkcə mənim deyil, eyni zamanda qədim ənənələrə malik Şuşa Dövlət Musiqili Dram Teatrı kollektivinin əməyinə verilən böyük qiymətdir. Biz bundan sonra da Azərbaycan mədəniyyətinin tərəqqisi yolunda var qüvvəmizlə çalışacaq, milli teatrımızın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Dərin minnətdarlıq hissi ilə,
Şükufə Musayeva
respublikanın əməkdar artisti.