Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm Prezident!

Bu il oktyabrın 15-də demokratik və şəffaf şəraitdə keçirilmiş azad və ədalətli prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini toplayaraq parlaq qələbə qazanmağınız və Azərbaycanın xoşbəxt gələcəyi naminə məsul və şərəfli vəzifəyə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirik. Ölkəmizin demokratik inkişaf yolunda irəliyə doğru atdığı çox mühüm addım olan prezident seçkilərində Azərbaycan xalqı Sizə dəstəyini və sevgisini bildirməklə son on ildə ölkəmizdə həyata keçirilən uzaqgörən daxili və xarici siyasətin bundan sonra da davam etdirilməsini istədiyini bütün dünyanın diqqətinə çatdırmışdır.

Azərbaycanın ən yeni tarixinin bütöv bir mərhələsi ümummilli liderimiz, dünya miqyaslı siyasətçi və dövlət xadimi möhtərəm Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. O, bütün ömrünü Azərbaycan dövlətinin qorunmasına, möhkəmlənməsinə və inkişafına həsr edərək, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmışdır. XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlər məhz Heydər Əliyevin yenilməz iradəsi, əzmkarlığı və fədakarlığı sayəsində mümkün olmuşdur.

1969-1982-ci illərdə möhtərəm Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, strateji təfəkkürü və gələcəyi görmək bacarığı sayəsində Azərbaycan böyük inkişaf yolu qət edərək keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər ən yeni tariximizə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan verdi. Məhz həmin dövrdə sovet imperiyası tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.

Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin müdhiş təhlükə ilə üzləşdiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı uçurumun bir addımlığında dayanan Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın Milli Qurtuluş günü kimi tarixə düşdü. Ümummilli liderimiz çox ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürərək “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib, Vətən qarşısında misilsiz fədəkarlıq göstərdi.

Ötən illərdə müdrik rəhbərimizin əzmlə həyata keçirdiyi şərəfli xilaskarlıq və quruculuq missiyası Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etmişdir. Cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən əsaslı siyasi, iqtisadi, sosial islahatlar, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsi, xalqımızın rifah halının ilbəil daha da yaxşılaşdırılması üçün lazımi şərait yaratmışdır. Yeni neft və iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizə xarici sərmayə axını getdikcə güclənir. Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradılmışdır. Sənaye və kənd təsərrüfatı sürətlə dirçəlir, manatın sabitliyi qorunur, dövlətimizin valyuta ehtiyatları artır.

Azərbaycan Respublikası beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilmişdir. Müstəqil dövlətimiz Qafqaz kimi coğrafi-siyasi əhəmiyyətli bir bölgədə sabitləşdirici rol oynayan, demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən, Avropa ilə Asiyanı daha sıx birləşdirəcək iri iqtisadi layihələrin həyata keçirilməsində mərkəzi yer tutan məmləkət kimi çox böyük nüfuz və etibar qazanmışdır. Tarixi İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi layihələrinin başa çatdırılması Azərbaycanın bölgədə lider mövqelərini daha da möhkəmləndirəcəkdir.

Müstəqil dövlətimiz Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, Avropa Şurasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların bərabərhüquqlu üzvü, GUÖAM regional təşkilatının təşəbbüsçüsü və fəal iştirakçısıdır. Ən böyük nailiyyətlərimizdən biri Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsidir. Bu mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilməsi Azərbaycanın Avropa ailəsi ilə inteqrasiyası yolunda son dərəcə mühüm mərhələ olmuşdur.

Dövlətimizin müstəqilliyini, xalqımızın əmin-amanlığını qorumağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olan Silahlı Qüvvələr yaradılmışdır. Güclü Milli Ordumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasının etibarlı təminatçısıdır.

Ölkəmizin Avropa standartlarına uyğun olan möhkəm qanunvericilik bazası yaradılmış, insan və vətəndaş hüquqlarının qorunması, qanunun aliliyi təmin edilmiş, söz, fikir, vicdan azadlığı, siyasi plüralizm cəmiyyətimizin reallığına çevrilmişdir. Dövlətçilik, azərbaycançılıq ideyaları şüurlara hakim kəsilmişdir. Dilimizin, mənəvi dəyərlərimizin qorunması, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi məqsədi ilə düşünülmüş tədbirlər görülmüşdür. Cəmiyyətdə vətəndaş həmrəyliyinin yaradılması istiqamətində həyata keçirilən işlər böyük sürətlə davam etdirilir.

Demokratik inkişaf yolu ilə qətiyyətlə irəliləyən müstəqil Azərbaycan dövləti bütün həyatını xalqa xidmətə həsr etmiş Heydər Əliyevin parlaq zəkasının və tükənməz yaradıcılıq enerjisinin məhsuludur. Ümummilli liderimiz özünün misilsiz insani keyfiyyətləri – müdrikliyi, mənəvi paklığı, səmimiyyəti, adilliyi, aqilliyi və fədakarlığı sayəsində xalqın tükənməz məhəbbətini qazanmış, milli-mənəvi dəyərlərimizə və haqqın gücünə əsaslanaraq, Azərbaycançılıq və dövlətçilik ideyalarına sədaqətini özünün 60 illik fəaliyyətində dönə-dönə sübut etmişdir.

Möhtərəm Heydər Əliyevin Azərbaycan qarşısında xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır. Xalqımız Sizi Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, onun başladığı taleyüklü işləri və perspektiv planları başa çatdırmağa və indiyədək həyata keçirdiyi müdrik daxili və xarici siyasəti davam etdirməyə qadir olan yüksək intellektli, praqmatik düşüncəli siyasi xadim, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyət kimi tanıyır.

Qısa müddət ərzində Siz ölkəmizin siyasi və diplomatiya olimpinin ən yüksək zirvələrinə yüksəlmiş, müstəsna təşkilatçılıq qabiliyyətiniz sayəsində Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi məsul vəzifələrdə böyük uğurlar qazanmısınız.

2000-ci ilin parlament seçkilərində Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyasına rəhbərlik etməyiniz, eləcə də 2003-cü ilin prezident seçkilərində namizəd kimi seçkiqabağı kampaniyanızı həyata keçirməyiniz Sizin siyasi liderlik keyfiyyətlərinizi parlaq surətdə nümayiş etdirmişdir. Ölkənin müxtəlif bölgələrində seçicilər ilə görüşlərdə etdiyiniz dərin məzmunlu, aydın və məntiqli çıxışlar, əhali ilə söhbətləriniz və dialoqlarınız xalqımızın şüurunda Sizin mahir siyasətçi obrazınızı bərqərar etmişdir.

“Əsrin müqaviləsi” adı ilə məşhur olan ilk neft sazişinin reallığa çevrilməsində Sizin xidmətləriniz hamıya məlumdur. Bu sazişin Azərbaycan üçün sərfəli şərtlər əsasında hazırlanmasında Sizin xarici tərəfdaşlar ilə apardığınız danışıqlar mühüm rol oynamışdır. Sonrakı neft sazişlərinin hazırlanıb bağlanmasında, möhtərəm Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsində Sizin əvəzsiz rolunuz vardır.

Sizin təşkilatçılıq bacarığınız Milli Olimpiya Komitəsinə rəhbərlik etdikdən sonra, nəinki ölkəmizdə, hətta onun hüdudlarından uzaqlarda çoxlarına məlum oldu. Sidney Olimpiya oyunlarında, sonrakı beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları uğurlar Azərbaycanda Sizin rəhbərliyinizlə Olimpiya hərəkatının geniş vüsət almasının təzahürüdür. Gənc idmançılarımızın yetişməsinə Sizin qayğı və diqqətiniz nəticəsində ölkəmizin müxtəlif bölgələrində möhtəşəm olimpiya kompleksləri tikilib istifadəyə verilir. Bütün bunlar Azərbaycan idmanının parlaq gələcəyi üçün möhkəm təməl yaradır.

Avropa Şurasının Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinə Sizin rəhbərlik etməyiniz diplomatik məharətinizi və təşkilatçılıq qabiliyyətinizi xalqımızın mənafeyi naminə səmərəli surətdə tətbiq etməyinizə geniş meydan açmışdır. Sizin hadisələri obyektiv qiymətləndirmək və ölkəmiz üçün əlverişli məcraya yönəltmək bacarığınız Avropa Şurasını Azərbaycan gerçəkliklərinin dünyaya bəyan olunduğu, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və terror siyasətinin ifşa edildiyi ən səmərəli beynəlxalq tribunaya çevirmişdir. Bu mötəbər təşkilata üzv olduğumuz qısa müddət ərzində Azərbaycan üçün taleyüklü əhəmiyyət daşıyan məsələlər, o cümlədən torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, 1 milyondan çox soydaşımızın qaçqına və məcburi köçkünə çevrilməsi, işğal edilmiş ərazilərdə narkotik bitkilərin becərilməsi və emalı, terrorçu dəstələrin hazırlanması, ətraf mühitə ciddi ziyan vurulması, Azərbaycanın mədəni irsinin zəbt olunması və başqa məsələlər barəsində əsl həqiqətləri Avropa və dünya ictimaiyyətinə çatdırmağa yönəldilən 30-a yaxın sənəd AŞPA-nın deputatları arasında yayılmış, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını təsdiqləyən sənəd qəbul olunmuşdur.

Təşkilatın 2003-cü il qış sessiyasında Sizin bu qurumun sədr müavini və Büro üzvü seçilməyiniz Avropa Şurası tərəfindən ölkəmizə böyük hörmətin və müsbət münasibətin bariz nümunəsi olmuşdur. Fərəhləndirici haldır ki, Siz Azərbaycan tarixində belə nüfuzlu beynəlxalq təşkilatda yüksək vəzifəyə seçilmiş ilk siyasətçisiniz.

Əziz cənab Prezident!

Möhtərəm Heydər Əliyev Azərbaycan xalqına müraciətində qeyd etmişdi ki, Sizə özü qədər inanır və gələcəyinizə böyük ümidlər bəsləyir. Ümummilli liderimizin bu dəyərli kəlamları ilə əlaqədar bildiririk ki, bütün xalqımız kimi, biz də Sizə müdrik rəhbərimiz Heydər Əliyev qədər inanır və müstəqil dövlətimizin idarəçilik sükanının etibarlı əllərdə olmasından məmnunluq hissi duyuruq. Səriştəli rəhbərlik amili dünyada gedən qloballaşma proseslərinin geniş vüsət aldığı, ölkələr arasında məsafələrin getdikcə daha da qısaldığı indiki mürəkkəb şəraitdə misilsiz əhəmiyyət kəsb edir. Azərbaycan xalqı prezident seçkilərində yeganə düzgün qərar qəbul edərək, Sizə səs verməklə nə qədər müdrik xalq olduğunu bir daha nümayiş etdirmişdir.

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq! Sizi əmin edirik ki, Azərbaycan Respublikasının Milli Məclisi Sizin davam etdirəcəyiniz Heydər Əliyev siyasi xəttinin inidiyə qədər olduğu kimi, yenə də fəal surətdə dəstəkləyərək həyata keçirəcəyiniz quruculuq işlərində Sizə əlindən gələn köməyi göstərəcəkdir. Allah Sizə yar olsun!

Dərin ehtiram hissi ilə,

Azərbaycan Respublikasının

Milli Məclisi

Bakı şəhəri, 1 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib