ELM VƏ TƏHSİL
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ DAHA 28 TƏLƏBƏSİNİ İSTANBUL UNİVERSİTETİNƏ GÖNDƏRMİŞDİR
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ali tibb təhsili müəssisələrində aparılan islahatlara və göstərilən müqaviləyə uyğun olaraq, Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. 2002-2003-cü tədris ilində müstəqil ölkəmizin bu ali tibb təhsili müəssisəsinin II-IV kurslarında təhsil alan daha 28 tələbəsi İstanbul Universitetinə göndərilmişdir. Onlardan 23 nəfəri həmin universitetin tibb, 3 nəfəri diş həkimliyi, 2 nəfəri isə əczaçılıq fakültələrində təhsillərini davam etdirəcəklər. Tələbələr Türkiyədə təhsil aldıqları müddətdə Azərbaycan dövləti tərəfindən təqaüdlə təmin olunacaq, onların yaşayış və təhsil xərclərini isə İstanbul Universiteti ödəyəcəkdir.
Tələbələrimiz 2003-cü il oktyabrın 1-dən İstanbul Universitetində tədrisə başlamışlar.