REGİONLAR


Abşeron rayonu ərazisində yol kənarında baş verən yanğın söndürülüb

Xırdalan, 13 iyul, AZƏRTAC

Abşeron rayonu ərazisində - Bakı-Quba yolunun Xırdalan şəhərindən keçən hissəsində yanğın qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, yolun kənarında 500 kvadratmetr ərazidə Eldar şamı ağaclarının bitdiyi ərazidə baş verən yanğın küləyin təsirindən daha da şiddətlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin bir neçə texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər alovu söndürüb, onun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar.

İlkin ehtimala görə, hadisəyə magistralla hərəkət edən avtomobillərin birindən əraziyə siqaret kötüyünün atılması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.