MƏDƏNİYYƏT


Əbu-Dabi mağazalarında alıcılara böyük endirimlər təklif ediləcək

Bakı, 16 aprel, Emil Eyyubov, AZƏRTAC

Əbu-Dabidə baharın gəlişi ilə əlaqədar pərakəndə malların birinci endirimli satış mövsümü başlanır. Aprelin 15-dən mayın 1-dək şəhərin 15 ticarət mərkəzindəki 300 mağazada alıcılara 75 faizə qədər endirim təklif ediləcək.

Turistlər və yerli sakinlər iki həftə ərzində paytaxt Əbu-Dabidə və Al-Ayn regionunda alqı-satqı ilə əlaqədar unudulmaz anlar yaşayacaqlar. Əmirliyin bütün ərazisindəki ticarət mərkəzlərində onlarca mağaza alıcılara inanılmaz sərfəli təkliflər edəcək.

Aksiyada iştirak edən mağazalarda azı 200 dirhəm xərcləyən alıcılar 124.000 dirhəmə qədər dəyəri olan hədiyyə sertifikatları udmaq şansı qazanacaqlar.

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin turizm marketinqi üzrə direktoru Səid Rəşid Al-Səid deyib: “Biz fərəhlə elan edirik ki, Əbu-Dabidə pərakəndə bahar endirimi mövsümü başlayır. Gözlənildiyinə görə, bu mövsüm Əbu-Dabinin pərakəndə ticarət təqvimində ən populyar hadisələrdən birinə çevriləcək. Bizim ticarət mərkəzləri dünyada ən yaxşı mərkəzlər sırasındadır və Əbu-Dabinin iqtisadi inkişafının mühüm tərkib hissəsidir. Biz inanırıq ki, bu təkliflər insanların şoppinqdən həzz almalarına kömək edəcək”.

“Əbu-Dabi”, “Dalma”, “Bavadi”, “Al-Ayn”, “Yas”, “Al-Vahda”, “BTC”, “Xalidiyyə”, “Müşrif”, “Raha”, “Mədinət Zayed”, “Mazyed”, “Barari”, “Foax” və “Bavabat al-Şark” ticarət mərkəzlərində iştirak edən müəssisələr daha böyük həcmdə endirimlər təklif edəcəklər. Alıcılar gündəlik və həftəlik hədiyyələrin təqdim olunması mərasimlərində də iştirak edə biləcəklər.

“Bavadi” ticarət mərkəzinin marketinq üzrə direktoru Bassam Saleh deyib: “Bu təşəbbüs çərçivəsində Departament ilə əməkdaşlığa şadıq. “Bavadi”də biz həmişə müştərilərə maraqlı aksiyalar təklif etməyə çalışmışıq, bu cür tədbir isə bizim məqsədlərimizə uyğundur. “Bahar endirimi” aksiyası ticarət mərkəzinə gələnlərin sayını artıracaq və bizim qabaqcıl mövqelərdə qalmağımıza imkan verəcək”.

Xatırladaq ki, belə bir aksiya ilk dəfə 2018-ci ilin dekabr ayında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.