ELM VƏ TƏHSİL
“Açıq qapı” günlərində valideynlərə tədris prosesi barədə məlumat verilir
Bakı, 29 noyabr, AZƏRTAC
Paytaxt məktəblərində “Məktəblinin dostu” layihəsi çərçivəsində valideynlər üçün “Açıq qapı” günləri keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Açıq qapı” günlərində valideynlər “Məktəblinin dostları”nın iş prosesini yaxından izləyir, məktəb mühiti ilə tanış olurlar. Valideynlərə təhsil müəssisələrinin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumatlar verilir. Həmçinin valideynlərin fikirləri, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr barədə rəyləri, təklifləri dinlənilir və səmərəli fikir mübadiləsi aparılır.
Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumtəhsil müəssisəsini əhatə edir.