ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun əməkdaşı şagirdlərə Nizami Gəncəvinin yaradıcılığı haqqında mühazirə oxuyub
Bakı, 21 iyun, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova Təhsil Nazirliyi və “Mədəniyyət TV”nin birgə “Nizami dərsləri: Qüvvət elmdədir” layihəsi çərçivəsində “Nizami Gəncəvi yaradıcılığında “Kəlilə və Dimnə” motivləri” mövzusunda dərs keçib. Dərs iyunun 18-də “Mədəniyyət TV”də yayımlanıb.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, bununla yanaşı, Təhminə Bədəlova Bakı şəhəri H.Ağaverdiyev adına 113 saylı tam orta məktəbdə açılmış “Nizami Gəncəvi muzeyi”nin açılışında iştirak edib. Tədbirdə məktəbin direktoru Gültəkin Rüstəmova və 328 saylı məktəbin direktoru Asif Nəbiyev çıxış ediblər. Təhminə Bədəlova “Yay məktəbi” çərçivəsində şagirdlərə “Nizami Gəncəvi yaradıcılığı” mövzusunda mühazirə oxuyub. Qonaqlar və şagirdlər muzeyin eksponatları ilə tanış olublar.