Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ədəbiyyat Muzeyində Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq elmi konfrans Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Tədbirdə Ədəbiyyat Muzeyinin arxivində yer alan və 1990-cı illərdə hazırlanmış “Qarabağ ulduzları” mövzusunda sərgi nümayiş etdirilib.

Konfransda Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov “Xurşidbanu Natəvanın ədəbi səsləşmələri və əbədi səsi” mövzusunda məruzə ilə çıxış edib. Rafael Hüseynov çıxışında Natəvanın ölməz söz sənətindən və əsərlərinin poetik incəliklərindən bəhs edib.

Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söz açan akademik Rafael Hüseynov bildirib ki, Mehdiqulu xanın qızı və Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın xüsusi bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verib. “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu olan qadın şairlərdəndir.

“Bu il Natəvanın doğum gününü ürək açıqlığı ilə qeyd edirik. Çünki Qarabağımız azaddır, Azərbaycan torpaqları işğaldan azad olunub”, - deyən akademik tarixin bütün zamanlarında qadının hər zaman ədəbiyyatın baş mövzusu olduğunu söyləyib. Qeyd edib ki, Natəvan Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş şəxsdir. O, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük işlər görüb. “Xurşidbanu Natəvan Azərbaycanın ədəbi-mədəni həyatında, bütün milli ruhun daşıyıcısı olaraq bir missiyanı yerinə yetirirdi. Natəvan həm də Azərbaycan qadının parlaq obrazı idi” ,- deyən akademik onun elmi irsindən də söz açıb. Bildirib ki, Natəvandan bizə şeirləri, məktubları, tərcümələri yadigar qalıb. Ondan bizə qalan bu irsin həcmi çox da böyük deyil. Ancaq o irsin içərisində Azərbaycan poeziyasının, Azərbaycan qadın poeziyasının özünəməxsus bütün cəhətləri əksini tapıb.

Rafael Hüseynov Xurşidbanu Natəvanın rəhbərlik etdiyi ədəbi məclisdən, xeyriyyəçilik fəaliyyətindən də söz açıb. Bildirib ki, onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri və yol çəkdirib.

Konfransda professor Xatirə Bəşirli “Nizami muzeyinin fondunda və ekspozisiyasında Xurşidbanu Natəvan”, dosent Rübabə Şirinova “İrəvan xanlığı və xan qızı Natəvan”, filologiya üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli “Azərbaycanın ədəbi-mədəni mühitində gender ideologiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Elmi konfransın fəxri qonaqları sırasında İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Qurbanəli Purmərcan, Xurşidbanu Natəvanın nəsil şəcərəsindən olan Ofelya Bağırbəyova şairənin poeziyası, xüsusilə də onun mərsiyə janrındakı şeirləri barədə məlumat veriblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında “Xurşidbanu Natəvanın bir qəzəlinin şərhi”, “Xurşidbanu Natəvanın ictimai, ədəbi və bədii həyatına bir baxış”, “Şuşanı mədəniyyətimizin beşiyi edən görkəmli şəxsiyyətləri”, “Qələm dostlarının Natəvan sevgisi, Natəvan məhəbbəti”, “Saray ədəbi məclisində janr paralelliyi: müəlləqə və qəsəmnamə”, “Azərbaycan ədəbiyyatında ədəbi məclislər ənənəsi”, “Milli poeziyada Natəvan kədəri”, “Xurşidbanu Natəvanın yaradıcılığı Nizami muzeyinin ekspozisiyasında”, “Azərbaycan mədəniyyəti və ictimai həyatında Xurşidbanu Natəvanın izi”, “Xurşidbanu Natəvan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şəxsi arxiv materiallarında”, “Azərbaycan poeziyasında bənövşə obrazı” və digər mövzularda məruzələr dinlənilib.

“Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfrans iyulun 6-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib

Prezidentin köməkçiləri və nazirlər STEAM Azərbaycan Festivalında

Azərbaycan XİN Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin qərəzli fikirlərini şərh edib

Ceyhun Bayramov: Xəzərin hüququ statusuna dair konvensiyanın ratifikasiyası Moskva görüşünün əsas mövzularından idi

Azərbaycan Mətbuat Şurasının AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanatı

Bakıdakı Rus evində Fyodor Tütçevin 220 illiyi qeyd olunub

Medianın İnkişafı Agentliyi AZƏRTAC-ın əməkdaşının “arzuolunmaz şəxs” qismində Yeni Kaledoniyadan çıxarılması ilə bağlı bəyanat yayıb

Ten Kristian: Fransanın Yeni Kaledoniyada hərbi baza yerləşdirməsinə razı deyilik

Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib

SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub

Alessandro Biançi: Mədəni irsə qarşı vandallıq aktları yolverilməzdir

Penitensiar Xidmətdə qazilərlə görüş olub

Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb

Azərbaycan dövlətinə qarşı növbəti uğursuz dezinformasiya əməli ifşa olundu

Neftçalada 10 yaşlı qızın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub

UNESCO: Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir - RƏY

AZƏRTAC-ın jurnalistinin Yeni Kaledoniyadan əsassız deportasiyası ilə bağlı açıqlaması

Şamaxıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Moskvada Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçirilir

Parlamentdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib

Məlahət İbrahimqızı: Xalçanın hər ilməsində tarix və yaddaş yatır

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 26-32 metr/saniyəyədək güclənib

Şamaxıda “BMW” markalı avtomobil aşıb, üç nəfər ölüb VİDEO

Bakıda yeddi gürcü rəssamın “Ekinoks” adlı qrup sərgisi açılacaq

PISA tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb

YARAT-da növbəti sərgi - Yoxlanılıb, mina yoxdur!

“Soyuq əllər, isti ürək”: Xeyriyyə yarmarkası 10-cu ilində - FOTOREPORTAJ

İngiltərədə azərbaycanlı mütəxəssislərin və iş adamlarının birinci forumu keçirilib

Türkiyə Qəzzadan daha 68 nəfəri təxliyə edib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

CEPEJ-in iclasında Azərbaycanın məhkəmə-hüquq sistemində aparılmış islahatlar haqqında məlumat verilib

Təqaüd proqramının müsahibə mərhələsinə dəvət olunacaq qızların adları açıqlanıb

Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərinə səfər edib

BDU-da Beynəlxalq Könüllülər Gününə həsr olunmuş konsert proqramı

“Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə Mentorluq proqramı çərçivəsində görüşüb

BDU-da professor Ədibə Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans

Baş prokuror Sumqayıtda 119 vətəndaşın müraciətini dinləyib

Rauf Məmmədov: Çətin olsa da, dünya çempionatında medal qazanmaq istəyirəm

Ermənistandan didərgin salınmış azərbaycanlıların geri qayıdışının təmin edilməsi mövzusunda beynəlxalq konfrans başa çatıb

“Sulfamid fraqmentli azometin törəmələrinin sintezi və bioloji fəallığının tədqiqi” - maarifləndirici seminar

“Türk dünyasının mədəniyyət paytaxtı” – konfrans

Çingiz Hüseynzadə: İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır

Gürcüstan və ABŞ rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər - YENİLƏNİB-2

® “Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş

Banklarla birgə icra olunan layihə üzrə bu il 300-ə yaxın işsiz şəxs üçün kiçik bizneslər yaradılıb

“Apple” şirkəti iPhone istehsalını dayandırıb

® “Azercell” Taksit layihəsini təqdim edir

USAID yardım, yoxsa kəşfiyyat təşkilatıdır? - ARAŞDIRMA

Qanunsuz yolla ölkəyə qızıl külçə gətirilməsinin qarşısı alınıb

“SABAH” qrupları layihəsi çərçivəsində işə yeni qəbul edilmiş müəllim heyətinə təlimlər keçirilib

Nigeriya prezidenti 85 nəfərin ölümünə səbəb olan PUA zərbəsini “bədbəxt hadisə” adlandırıb

Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təşkil olunmuş təlimlər başa çatıb

Fransa Ermənistanı silahlandırmaqda davam edir

Əlcəzairli professor: Qərbi Azərbaycanda törədilən hadisələr insanlıq tarixində utancverici səhifədir

Şəkidə Beynəlxalq elmi konfrans başa çatıb

İtaliyada bir ayda 881 nəfər koronavirusun qurbanı olub

Xəzərdə dalğanın hündürlüyü 2.5 metrə çatıb

Reyçel Rudolf: “Ağıllı kənd” konsepsiyası əla layihədir

İcma: Azərbaycan Qarabağ münaqişəsini həll edib və hansısa Aİ rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişmir

ADNSU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilir

Yeni Kaledoniyada Fransaya qarşı etiraz yürüşü keçirilib VİDEO

Elektron tərəzilərin vahid monitorinq mərkəzi istifadəyə verilib

Aİ ölkələrində ərzaq qiymətləri yenidən bahalaşacaq

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” - maarifləndirici tədbir

Kibertəhlükəsizlik məsələləri ilə bağlı qrant layihəsinin icra vəziyyəti müzakirə olunub

Bakıda dəm qazının miqdarı 1.3 dəfə normadan yüksək olduğu müəyyən edilib

UNEC “QS dayanıqlılıq reytinqi 2024” üzrə Azərbaycanda birincidir

Deputat: 35 ildir doğulduğum torpaqlardan uzaq düşmüşəm

Dərmanların ekspertiza tarifləri müəyyənləşdirilib

Azərbaycan klublarının qış toplanışı: Kim harada hazırlaşacaq?

Bakıda Azərbaycan ilə İran hərbi dənizçiləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

1 və 2 nömrəli Ailə tipli kiçik qrup evlərinin və uşaq evi sosial xidmət müəssisələrinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

BMT 2024-cü ili “Dəvəkimilər İli” elan edib

Folklor İnstitutunun əməkdaşları Antalyada beynəlxalq konqresdə iştirak ediblər

Müdafiə naziri misirli həmkarı ilə görüşüb

Varşavada keçirilmiş beynəlxalq xeyriyyə bazarında Azərbaycan mətbəxi və məhsulları nümayiş olunub

İçməli suda PFAS: İsveçdə bələdiyyənin minlərlə sakini təzminat alacaq

Prezident Administrasiyasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib

İtaliya azərbaycanlıların gözü ilə: Bolonya

İsrail ordusu Qəzzada yerüstü əməliyyat zamanı 80 hərbçisini itirib

Bağça müəllimlərinin işə qəbulu üzrə imtahan nəticələri açıqlanıb

Səttar Möhbalıyev yenidən Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib

Cəlilabadda gənclər və yeniyetmələrə narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib

Bağdadda Azərbaycan-İraq biznes-forumu keçiriləcək

Görkəmli şair və dramaturq Hüseyn Cavidin xatirəsi anılıb

Qafqaz Albaniyası haqqında 3 dildə toplu nəşr olunub

Ötən ay Naxçıvanda 876 daşınmaz əmlak obyekti dövlət reyestrində qeydiyyata alınıb

20 nömrəli məktəb-lisey: bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil

5 dekabr - Dünya torpaq günündə meşə fondu torpaqlarında 30 mindən çox ağac əkilib

Kürdəmir və Şirvan bədii gimnastları Bakıda təlim-məşq toplanışına başlayıblar

Pərviz Şahbazov: Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir

Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

Almaniyanın Brandenburq vilayətindən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Mingəçevirdə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Yevlaxda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

“Hər şey Vətən üçün” adlı görüş və satış-sərgi möhtəşəm Zəfərə həsr olunub

Mina partlaması nəticəsində yaralanan ANAMA əməkdaşının vəziyyəti orta ağırdır - AÇIQLAMA VİDEO