DÜNYA


Əfqanıstanın şərqində bənd uçub: azı 10 nəfər ölüb

Bakı, 12 iyul, AZƏRTAC

Əfqanıstanın şərqində daşqın nəticəsində bənd uçub, azı 10 nəfər ölüb, xeyli sayda itkin düşənlər var. Bu barədə Ariana telekanalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Pəncşir əyalətində baş verib. Su bir neçə kəndi basıb, azı 300 ev su altında qalıb. Su artmaqda davam edir. Yerli hökumət orqanları fəlakət qurbanlarının sayının artacağını istisna etmir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.