CƏMİYYƏT
Ağalı sakini: Köçən sakinlərin Zəngilana sağ-salamat getməsini arzu edirəm VİDEO
Bakı, 7 sentyabr, Elmir Səftərov, AZƏRTAC
Mən Zəngilandan ayrılanda 13 yaşım vardı. İndi isə balaca övladımın 13 yaşı var və biz doğma torpağımıza-Ağalıya qayıdırıq. Bəlkə də, bu bir qismətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Məhərrəm Orucov söyləyib.
“Mən doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm. Bizə bu sevinci yaşadan Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı arzulayıram”,-deyə M. Orucov vurğulayıb.
O əlavə edib: “Köçən sakinlərin Zəngilana sağ-salamat çatmasını arzu edirəm”.