MƏDƏNİYYƏT


Ağcabədi Regional Mədəniyyət və Turizm  İdarəsində müşavirə keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirovun sədrliyi və Bakı şəhərində fəaliyyət göstərən Laçın rayon 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Sarı Aşıq Muzeyinin və Laçın rayon Rəsm Qalereyasının bir qrup kollektivinin iştirakı ilə müşavirə keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun təşkil olunması, Mədəniyyət və Turizm Nazirliyinin, Regional İdarənin əmr və tapşırıqlarının icrasının vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, mədəniyyət müəssisələrinin fəallığının artırılması, tədbirlər planına uyğun olaraq bütün müəssisələrin təşkilatçılığı və iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. müzakirə edilib.

Tədbirdə Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsində xor kollektivini müvəffəqiyyətlə müşayiət etdiyinə görə Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Ceyhun Qurbanova Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.